Menu

Putin nüvə silahıyla bağlı tarix verdi - "Bu, NATO üçün ciddi təhdiddir"

10.06.2023, 12:12
Putin nüvə silahıyla bağlı tarix verdi - "Bu, NATO üçün ciddi təhdiddir"

Ötən gün Rusiya Prezidenti Vladimir Putin Soçidə Belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşüb.

"AzPolitika.info" xəbər verir ki, Vladimir Putin həmin görüşdə Moskvanın taktiki nüvə silahlarının Belarusda yerləşdiriləcəyi tarixi açıqlayıb.

Putin Belarusa nüvə silahlarının yerləşdirilməsi üçün hazırlıqların tamamlandığını bildirərək, "7-8 iyulda Belarusda taktiki nüvə silahı yerləşdirəcəyik. Hər şey plan üzrə gedir, hər şey stabildir" deyib.

Lukaşenko isə nüvə silahı ilə bağlı tənqidlərə cavab olaraq, nüvə silahlarının yerləşdirilməsi planlarının şantaj olmadığını, Qərbin Belarusu məhv etmək istədiyini və işğala hazırlaşdığını iddia edib. Lukaşenko nüvə silahının xalqını Qərbdən qorumaq üçün bir şans olduğunu deyib.

Qeyd edək ki, Rusiyanın bu addımı Qərbdə birmənalı qarşılanmayıb.

Qərb mediası nüvə silahlarının yerləşdirilməsi prosesinin həddən artıq sürətlə icra edildiyindən təəccüblənib və bu tarixin təsadüfən seçilmədiyinə diqqət çəkib. Bildirilib ki, bu, 11-12 iyul tarixlərində Vülnusda keçiriləcək NATO sammitinə Rusiyanın cavabıdır.

Qərb analitikləri isə Putinin qərarını NATO üçün ciddi hədə adlandırıblar.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol