“Taksidə qiymətlər birmənalı olaraq qalxacaq”.
APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

Nazir bildirib ki, dünyanın heç bir yerində bu qədər ucuz taksi xidməti yoxdur: “Təxminən ilin sonuna qədər ictimai nəqliyyat üçün 60-a yaxın qısa zolağın çəkilməsi və istifadəsinin təmin edilməsini hədəfləyirik. Polis əməkdaşları ictimai nəqliyyat üçün zolaqlarda adi maşınların hərəkət etməsinə pik saatlarda icazə verir. Amma buna yol verilməyəcək və vətəndaş özü də başa düşəcək ki, avtobuslardan istifadə etməklə A nöqtəsindən B nöqtəsinə daha tez gedə bilər”.
“Bakı şəhərində tələb olunandan 4-5 dəfə çox taksi var. Bu, ekologiyaya zərərdir, tıxac deməkdir.
Bunu isə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Elnur Allahverdiyev deyib.
Deputat bildirib ki, metrodan istifadə edənlərin sayı azalıb: “Buna səbəb də taksilərdir. Bütün dünyada ən rahat nəqliyyat növü metrodur, amma statistikaya görə metrodan istifadə azalıb. Taksilərlə bağlı şərtlər sərtləşdirilməlidir. Bizdə beynəlxalq taksi şirkətləri fəaliyyət göstərir. Türkiyədə bu xidmətlər çox ciddi araşdırılaraq, nəzarətdə saxlanılır. Bu yaxınlarda UBER onlarda qadağan olunub. Bu, bir reallıqdır”.
Tahir Mirkişili bildirib ki, bütün ölkələrdə şəhərin ölçüsünə görə beynəlxalq taksi şirkətlərinə və avtomobillərin sayına məhdudiyyət tətbiq edilir: “Yeni hazırlanan qanunda da bu məhdudiyyət nəzərdə tutulub”.

Şərhlər
Niyə bizdə taksi ucuz olmalıdır ? Tarif Şurası yatıb? Qiymətlər Avropaya uyğun olmalıdır,kasıbın nə ölumu var ki, taksiyə minsin .Minin bu milləti taksi kimi sürün....
Qiymətlər hər sahədə Talançı Klanlar komandası qaldırır. Milləti soyub tam müflis dilənçi etmək üçün
Metroda sernisin azalib deye taksi xidmetini suclayir bu deputat, mentiqini yeyesen, basqa soz tapmadim
BU ağılla biz hara gedirik? Qiymət artırmaq,yoxsa xidmət keyfiyyətinə diqqət etmək vacibdir?Onsuz da taksi xidməti mənfəətlə işləyən xidmət növüdür.Əhalinin cibinə girməkdən bu vəzifəlilət,deputatlar nə vaxt əl çəkəcəklər?Vallah ayıbdır.Gah qiymət qaldırılır,gah cərimələr artır..Bu xalqa qarşı düşmənçilik deyilmi?
Cənab Nazirə, əksəriyyəti eşitdiyimə görə ABŞ vətəndaşı daxil ÖZƏL olan taksinin həftəbecər nazirliyinə nə dəxli? Mən məmur işindən uzaq olmağa çalışmışam. Lütfən, oturun hesablayın-Dəmir yolu Sovetdən sonra,, eləcə də avtobuslar, taksilət, elə metro özü nsəmərəlidirmi? Əgər, deyilsə nə üçün? Metrolar arası ekspress-avtobuslar niyə çalışmırlar? Sentyabrdan mütləq qaydada gərək olacaq!
Bütün hökümətlər adətən çalışırlar ki. hər bir sahədə ucuzluq olsun, xidmətlər əhali üçün "əlçatan" olsun. bizdə isə ajiotaj yaradıblar ki. niyə taksi ucuzdur.. olsun da..nə olar ki, heç olmasa taksi ucuz olsun..