Vladimir Putin növbəti dəfə beynəlxalq hüququ çeynəyən açıqlamalarla və aşkar imperiya iddiaları ilə çıxış edib. Rusiya başçısı artıq ölkəsnin işğalçı mahiyyətini və niyyətlərini gizlətmək belə istəmir...
“AzPolitika.info” xəbər verir ki, Putin “hərbi müxbirlərlə” dünən keçirdiyi görüşdə növbəti dəfə Ukraynada milyonlarla insanın faciəsinə çevrilmiş işğalçılıq müharibəsinə haqq qazandırmağa çalışıb: “Niyə onlar(ukraynalılar-red.) bizim vəsaitlər(?) hesabına bizim tarixi torpaqlarımızda yaşamalıdırlar? Əgər bizim tarixi torpaqlarımızda yaşamaq istəyirlərsə, o zaman öz siyasi rəhbərliklərinə elə təsir etsinlər ki, Rusiya ilə normal münasibətlər qursunlar, qoy həmin ərazilərdən bizə heç kim təhlükə törətməsin”.
Göründüyü kimi, Putin açıq-aşkar təkcə Ukrayna rəhbərliyini yox, Ukrayna xalqını da təhdid edir, onları “Rusiyanın tarixi torpaqlarından” qovmaq istədiyini gizlətmir və təsdiq edir ki, dinc əhalinin bombalanması, qətl edilməsi də məhz elə onun əmrlərilə həyata keçirilir.
Digər yandan, Putinin çürük məntiqi ilə “Rusiyanın tarixi torpaqlarında” ukraynalılar yaşamalı deyilsə, Dağıstanda, Çeçenistanda, Tatarıstanda və tarixən rusların olmayan digər bölgələrdə də ruslar yaşamalı deyil. Putinin bu fikirləri Rusiya kimi nəhəng bir dövlətin necə cılız siyasi düşüncə ilə idarə olunduğunun bariz nümuməsidir...
Yeri gəlmişkən, Ermənistan da Azərbaycan ərazilərini işğal edəndə onları “ öz tarixi əraziləri” adlandırırdı...
C.Məmmədov
“AzPolitika.info”

Şərhlər
Dünya gücleri Putin kimi dövlet başçılarının yanlış siyasetinin deyişdirilmesi ve bu dövletin sonunun getirilmesi ile meşğuldurkar.Tarlx boyu Veteni olmayan bşr milletin rehberinin iddiası onun öz başında çatlayacaq.