Ermənistan Baş naziri Nikol Paşinyan 44 günlük müharibəni araşdıran xüsusi komissiyada ifadə verib.
“AzPolitika.info” Ermənistan mətbuatına istinadla xəbər verir ki, Paşinyandan əvvəl Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə açıqlamasında Baş nazirin “sensasiyalı açıqlamalar verə biləcəyini” deyib.
Paşinyan komissiyanın İrəvandakı iclasında verdiyi ifadəsində müharibənin ilk günləri barədə danışıb və deyib ki, ilk dəfə oktytabrın 7-də - Vladimir Putinə ad günü münasibətilə zəng edərkən savaşın dayandırılması ilə bağlı onunla müzakirələr aparıb: “Putin dedi ki, müharibəni dayandırmaq üçün vasitəçilik səyləri göstərmək istəyir. Mən dedim ki, razıyam və şərtlərlə maraqlandım. Biz hesab edirdik ki, atəşkəs heç bir ilkin şərt irəli sürülmədən əldə olunmalıdır. Axşam ikinci danışığımız oldu və Putin dedi ki, Əliyev razı deyil”.
Paşinyan ifadəsində iddia edib ki, növbəti gün Azərbaycan Prezidenti şərtlər irəli sürüb: “Növbəti gün Putin dedi ki, Əliyev şərtlər irəli sürür – Füzuli döyüşsüz təhvil verilsin, erməni qüvvələri Araz çayı boyunca Xudafərin su anbarına qədər geri çəkilsin və o, Azərbaycanın nəzarətinə keçsin”.
Paşinyanın dediyinə görə, Azərbaycan tərəfi Şahbaz Quliyev və Dilqəm Əsgərov da daxil olmaqla, əsirlərin mübadiləsini təklif edib: “Ancaq bunun qarşılığında hərbi əməliyyatların dayandırılması yox, humanitar atəşkəs elan olunurdu ki, həlak olanlar dəfn edilsin. Döyüşün yenidən başlamayacağına dair heç bir təminat verilmirdi. Mən imtina etdim. Mən dedim ki, su anbarının birgə istifadəsi mümkündür, Quliyevlə Şahbazovun qaytarılması müzakirə oluna bilər, Füzulinin verilməsi qəbuledilməzdir, humanitar atəşkəsi isə tam qəbul edirik”.
Baş nazir Azərbaycanın Şuşanı azad etməsindən sonra İrəvanın 9 noyabr sazişini imzalamağa məcbur olduğunu deyib və bildirib ki, əks halda Xankəndi təhlükə altında qalacaqdı,
“Həmçinin Martuniyə (Xocavənd) təzyiqlər artacaqdı. Ən əsası isə 25 minə yaxın əsgər mühasirədə qala bilərdi...Mən üçtərəfli bəyanatı niyə məhz noyabrın 9-da imzaladım? Əlbəttə, burada dönüş nöqtəsi Şuşanın azərbaycanlıların nəzarətinə keçməsi idi. Çünki şəhərin təkcə simvolik deyil, həm də strateji əhəmiyyəti var idi” - deyə, Paçinyan bildirib.
Paşinyanın dediklərinin hamısının həqiqət olduğuna inanmaq əlbəttə ki, sadəlövhlük olardı. Ancaq hər halda, Füzulini belə geri qaytarmaq istəmədiyini etiraf edən, sonradan isə Şuşa da daxil omaqla işğal altındakı ərazilərimizin böyük hissəsindən qaçamalı olan Ermənistan Baş nazirinin nə qədər “uzaqgörən” olduğu elə bu ifadələrdən də aydın görünür...
C.Məmmədov
“AzPolitika.info”

Şərhlər
Ermenilerin beşer tarixinde görünmemiş heyasızlıqlarının köklü sebebleri var:Son 200 ilde ruslar daim onları müdafie edib ve gün de edir.Ancaq dünya düzeni deyişir Türkiyye -NATO artıq Cenubi Qafqaza yerleşir Rusiya redd olur ve işler inşeallah yaxşılğa doğru gedir.
Cənab Söz Sahibi, bəlkə *aralıq ərazi*nin azadlıq Zəfərinə kölgə salmadan BMT TŞnın qeyd-şərtsiz qətnaməsinə baxmayaraq MDB Kremlinin təklifi bütün münaqişə dövründə BİZ daim doğma insani yurdları vəhşicəsinə məhv edilmiş azərbaycanlı ailələrinin və dövlətinin ayrılmaz Hüquqlarının qəti iddiasında durmamış və özbaşına güzəəştlərə razılaşmışıq?