“Belə adamları danışdırmaqdansa, cizgi filmlərinin sayını çoxaltmaq lazımdır”
Millət vəkili Etibar Əliyev “Space TV-ni” sərt tənqid edib. Deputat “facebook” səhifəsində yazdığı statusda telekanal rəhbərliyini əvvəlki illərdə yol verilən kobud səhvləri təkrarlamaqda qınayıb.
“AzPolitika.info” E.Əliyevin qeydlərini təqdim edir: “Space TV”-nin direktoru Vado Korovin televiziyada islahatlara başlayıb. Bu televiziyada dələduzluqda itiham olunaraq həbs olunan İlham Mirzəyev haqqında veriliş efirə gedib. Görsənir ki, Mirzəyevi televiziyaya qaytarmaq niyyətindədir. Mən elə bilirdim ki, Vado müəllim təhsilə, elmə aid proqramlar təşkil etməklə islahatlara başlayacaq. Ancaq gözləntilərimin əksi baş verdi. Yalançı elmə üstünlük verdi. Yəqin ki, yaxın günlərdə İ.Mirzəyev əlifbasını bilmədiyi "Psixologiya" elmini yenə də məsxərəyə qoyacaq, "darıxmayın”, “narahat olmayın”, “düzələr”, “Allah qoysa, yaxşı olar”, “çalışın stresə düşməyin” ifadələri ilə psixoloji məsləhətlər verəcək. Belə adamları danışdırmaqdansa, cizgi filmlərinin sayını çoxaltmaq lazımdır. Uşaqlar darıxır.
Bəhram Bağırzadə toyda fit çalır. Murad Dadaşov isə dərin düşüncələrə qərq olub. "Fil həkimi" məşhur sufi pritçasını oxusanız məsələ sizin üçün də aydın olar. Bu təfəkkürlə hələ kənddən gələnlərə yuxarıdan aşağı baxırlar”.
“Azpolitika.info”

Şərhlər
Vado Korovin bir erməni sevdalısıdır və anti-türkdür.....
Etibar bey çox haqlıdır ve düz deyir.Men şexsen bu kateqoriyadan olan “Бакинець” ler tanıyıram ki,utanmadan,xecslet çekmeden öz aralarında deyirler:”Армяне,русские,евреи на сто раз лучше чем эти чушки,а зачем они нам?” Çünki bunların ekseriyyetinde milli kimlik yıx derecesindedir.Tebii ki bu köklü esl bakılılara qetiyyen aidiyyatı yoxdur Esl köklü bakılılar bütğn Azerbaycana mümune olacaq insanlardır.
Etibar bey çox haqlı irad bildirir.Bu gün bizim cemiyyetde sonu heç de yaxşı olmayacaq ikintendensita baş verir.Birincisi kütlevi suretde “русскоязычное население города Баку» kateqoriyasıbdan olan şexslerin esas vezifelere getirilmesi ki ,onların ekseriyyetinin milli ruhu lazımı seviyyede deyil birmenalı.2-ci sebebiise lezgi demişken onu da demez.