Menu

"Ucqar kənddə bu hadisənin baş verməsinin arxasında təbii ki, kimlərsə dayanır" - Gədəbəyin deputatı

23.06.2023, 11:35
"Ucqar kənddə bu hadisənin baş verməsinin arxasında təbii ki, kimlərsə dayanır" - Gədəbəyin deputatı

103 saylı Gədəbəy Seçki Dairəsi üzrə Milli Məclisin deputatı Sevinc Hüseynova Söyüdlü kəndində baş verənlərə münasibət bildirib.

APA xəbər verir ki, Sevinc Hüseynova parlamentin bugünkü iclasında deyib ki, hazırda rayonda bu hadisələrlə bağlı iş aparılır: “İlkin məlumatlar olsa da, nəticəni gözləməliyik.

Söyüdlü kəndində əhalinin əsas məşğulluq sahəsi əkinçilik, maldarlıqdır. Sovet dövründən bu kənd alimlər kəndi kimi də tanınır. Söyüdlü kəndinin əhalisi I və II Qarabağ müharibəsi zamanı vətənə xidmət edib. Rayonumuzda baş verən hadisə məndə təəssüf hissi doğurur. Dağın başında halal əməyi ilə övlad böyüdən insanların ekoloji sağlam mühitdə yaşamaq istəyi onların hüququdur. Hadisə zamanı qoca qadına olan polisin kobud rəftarı qəbuledilməzdir. Əminəm ki, bu hərəkətə hüquqi qiymət veriləcək”.

Deputat bu hadisənin necə yarandığına da münasibət bildirib: “Bu hadisənin Laçın-Xankəndi yolunda ekofəallarımız nəticələr əldə edəndən, sülh müqaviləsi ilə bağlı irəli addımlar atılan zaman baş verməsi suallar yaradır. Ucqar kənddə bu hadisənin baş verməsinin arxasında təbii ki, kimlərsə dayanır. Lakin bu qüvvələrin niyyəti gözündə qaldı. Hadisənin qarşısı aidiyyəti qurumlar tərəfindən dərhal alındı və reaksiya verildi. Birmənalı olaraq əminəm ki, Söyüdlüdə iş aparan hüquq-mühafizəsi orqanları, həm də Komissiya bu problemi həll edəcək. Sakinlərimizin ekoloji çirklənmə ilə bağlı müraciətləri vaxtında həll olunacaq. Düşünürəm ki, bu hadisəni törədənlər də öz layiqli cəzasını alacaq”.

Şərhlər

Veteran 2023-06-23 16:50:18

Məsləhət : Allahın ayrımı camatın tələbinə vaxtında baxınki zurnası çıxmasın.

Teymur 2023-06-23 15:33:43

Seni birinci defedi goruruk. Men ozum Gedebeyliyem.

Məstəli 2023-06-23 14:01:16

Ay bədbəxt deputat,onların arxasında xalq dayanır....

Tural 2023-06-23 13:35:36

Bütün ölkə soruşur və əvvəlcə sən bu suala cavab ver-Bəs sən hardaydın?

Rasim Quliyev 2023-06-23 12:32:34

Xanim Siz duzgun yerinizde oturmamisiz .Bu mesele qalxana qeder hell edilmeli idi.Siz vezifenizin ohdesinden gele bilmirsiz.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol