“Vaqner” Xüsusi Hərbi Şirkətin başçısı Yevgeni Priqojin Belarus Prezidenti Aleksandr Lukaşenkonun hərbi hərəkətləri dayandırmaq və gərginliyi azaltmaqla bağlı təklifini qəbul edib.

"Report" xəbər verir ki, bu barədə Belarusun teleqram kanalları məlumat yayıb.

Bundan əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenkonun Priqojinlə danışıqlar apardığı barədə məlumat yayılıb.

Məlumatı Belarus Prezidentinin mətbuat xidməti də təsdiqləyib. 

"Belarus Prezidenti Lukaşenkonun heç bir təklifini qəbul etməmişəm. Danışıqlar aparıldı, lakin uğursuz oldu. KİV-də yazılanlar həyasız yalandır", - Priqojin bu məlumatlara münasibət bildirərkən deyib. 

“Biz gedirik və Moskvaya getməyə davam edirik. İlk bölmələrimiz artıq kənardadır, möhkəmləndirməni gözləyirik və içəri girəcəyik", deyə Priqojin əlavə edib. 

"AzPolitika.info"