“Kreml sahibi Vladimir Putin hər zaman Rusiyanın böyüklüyündən danışıb, ancaq hazırda elə bir vəziyyətə düşüb ki, belaruslu həmkarı Aleksandr Lukaşenkondan Priqojinlə əlaqə saxlamasını xahiş edib. Əslində bu durum Putinin Rusiyanın suverenliyini şübhə altına almasının etirafıdır”.
“AzPolitika.info” xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Rusiyada “Vaqner” qiyamının nəticələrini şərh edərkən deyib.
Ekspert xatırladır ki, Putinin Priqojinin yanına göndərdiyi generallar “Vaqner” rəhbərini yol gətirə bilmədilər: “Priqojin onları alçaldaraq yola saldı. Belə olan halda Putin Lukaşenkoya möhtac qaldı. Priqojin Lukaşenko ilə telefon danışığından sonra qüvvələrini geri çəkdiyini elan edib, ancaq bu hələ flimin sonu deyil, açıq qalan suallar var:
1. Putinin Priqojin əleyhinə qaldırdığı cinayət işi xətm olunacaqmı, yoxsa qüvvədə qalacaq? (artıq cinayət işi xətm olunacağı bəyan edilib – red.)
2. ”Vaqner” muzdlu qruplaşması Putinin tələb etdiyi kimi Müdafiə Nazirliyi ilə müqavilə imzalayacaqmı?
3. “Vaqner” müqavilə imzalamasa tərksilah olunacaqmı və bu necə həyata keçiriləcək?
4. Priqojin başının dəstəsiylə Ukraynaya qarşı müharibəni davam etdirəcəkmi?”
E.Şahinoğlunun sözlərinə görə, Priqojin aşpaz və muzdlu qruplaşma rəhbəri olmaqla yanaşı həm də manipulyasiya ustasıdır.
“Priqojinin rəhbərliyi altında Sankt-Peterburq şəhərində yüzlərlə proqramçıdan ibarət trol ordusu fəaliyyət göstərib. Məhz həmin trollar ABŞ-da prezident seçkisində Donald Trampın Hillari Klinton üzərində qələbə çalması üçün var gücləriylə çalışmışdılar. Yəni bu cür trol ordusu yaradan Priqojinin Lukaşenko ilə razılaşması birinci səhnəni sonu, tamaşanın isə davamı etməsi ola bilər”, -E.Şahinoğlu vurğulayıb.
“AzPolitika.info”

Şərhlər
Türkiyəyə başına yığdığı çaqqal erməni dəstəsi ilə hürən solovyob dünən maşınında verdiyi müsahibədə tükü tökülmüş çaqqala oxşayırdı. Tüpürm sizin varlığınıza....
Uqo Çaves Venesuella variantı. Tipik bir tarixi nümunə
Boş-boş danışmayın ,bu bir ssenari idi ,bu metod bizdə ,Türkiyədə ,rusyada həyata keçrildi ,sonda anlaşıldı ,nə-nədir ,Mənim dünən yazdığım şərhdə demişdim ,Priqojin Putinin adamıdır , indi nə olacaq ? Priqojin toxunulmayacaq, türmədən çıxan vaqnerçilər həbs olunacaq və bütün günahlar onların üzərinə atılacaq ,Ukraynadan ruslar çəkiləcək ,ancaq döyüş yolu ilə ,bu da Putinin yerində qalması üçün münbit şəraitdir .Dünən Solovyovun kanalında Türkiyənin adının çəkilməsi və təşəkkür edilməsi hər şeyə aydınlıq gətirir