Menu

General Surovikinin qızı danışdı - "Atamı heç kim həbs etməyib..."

29.06.2023, 18:09
General Surovikinin qızı danışdı - "Atamı heç kim həbs etməyib..."

Sergey Surovikinin qızı iddia edir ki, generalı heç kim həbs etməyib və onunla bağlı hər şey qaydasındadır.

"AzPolitika.info" xəbər verir ki, bu barədə "Baza" Teleqram kanalı yazıb. 

Veronika Surovikina deyib ki, "Aerokosmik Qüvvələrin Ali Baş Komandanına heç nə olmayıb, onu heç kim həbs etməyib və indi hamı öz işindədir".

O, generalın heç vaxt hər gün mediada görünmədiyini və açıqlama vermədiyini xatırladıb.

General Surovikinin həyat yoldaşı onun həbsi ilə bağlı yayılan şayiələri şərh etməkdən imtina edib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol