Menu

TALIBOVLAR DAHA BİR ŞİRKƏTİNİ İTİRDİLƏR - Yeni icraçı direktor da təyin edildi

04.07.2023, 12:41
TALIBOVLAR DAHA BİR ŞİRKƏTİNİ İTİRDİLƏR - Yeni  icraçı direktor da təyin edildi

“Badamlı Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) satılıb.

“APA-Economics” xəbər verir ki, şirkət “Mineral Sular” MMC (6 fərdi sahibkar) tərəfindən satın alınıb. Artıq cəmiyyətin yeni icraçı direktorunun adı da məlumdur. Bu vəzifəyə Azad Həsənov təyin edilib.

Qeyd edək ki, “Badamlı Mineral Sular” MMC-nin bundan öncəki rəhbəri Hümbət Qəhrəmanov Naxçıvan Muxtar Respublikasının keçmiş ali sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun bacanağıdır və şirkətin S.Talıbova məxsus olduğu bildirilirdi.

Məlumat üçün deyək ki, “Mineral Sular” MMC-nin üzvlərindən biri Naxçıvanda yerləşən “Ləzzət Qida Sənaye” MMC-nin təsisçilərindən olan Teymur Rzayevdir və hazırda “Sirab” şirkəti də bu quruma daxildir.

Xatırladaq ki, bundan əvvəl Talıbovlar “Gəmiqaya Holdinq”lə bağlı eyni aqibəti yaşayıblar.

Şərhlər

qiyas 2023-08-10 13:23:17

san Allah bu sifatleri yigisdirin urayimiz bulanir

Veteran 2023-08-07 09:27:14

30 ildən artıqdırki bu murdar sifətlərə baxmaqdan bezdik.

Kasıb 2023-07-04 16:31:06

MİLLƏTƏ XALQA VASONUN ATDIĞI 100 MİLYARDIN AXIRI NECƏ OLDU. BAŞQA HESABA KÖÇRÜLDÜ YOXSA XALQA QAYTARILDI. QAYTARILSA BİLİNƏRDİ. DEMƏLİ CİB DƏYİŞDİ

SAVALAN 2023-07-04 13:38:48

Cəzasızlıq hökm sürür! Bir cinayətkardan alınıb digər həqiqi sahibkar olduğu şübhə doğuran "kimlərəsə" satılır . Xalqdan oğurlanan qaytarılmır... Bununla nə dəyişir ki ???

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol