Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, dosent İlham Əhmədov Təhsil naziri Emin Əmrullayevin Azərbaycan əhalisinin böyük hissəsinin savadsız olduğunu ehtiva edən açıqlamasına münasibət bildirib.
Xarırladaq ki, E.Əmrullayev deyib: “Yaşı 25-dən yuxarı olanların 60 faizi oxuduğu mətndə əsas fikri başa düşmür. Mən faktı deyirəm”.
Dosent İ.Əhmədov nazirin bu fikrinə belə münasibət bildirib: “Ölkədə 10 milyondan çox əhali var. Yaşı 25-dən çox olanların sayı 6 milyondan artıqdır. Bunun 60% -i oxuduğunu başa düşmürsə, deməli bizim əmək bazarında 3,6 milyon insanımız savadsızdır. Bu qədər savadsız işçi qüvvəsi olan ölkəyə hansı əcnəbi şirkət investisiya qoyar?
Bəs son 20 il ərzində “neft kapitalını insan kapitalına çevirək” siyasətini səmərəsiz icra edən Təhsil Nazirliyinin yarıtmaz fəaliyyətinə görə kim cavab verəcəkdir?
Kim kimi günahlandırır?”
“AzPolitika.info”

Şərhlər
Bizdə vəzifə savada qabiliyyətə insaniyyətliyə görə verilmir. Gərək savadsız yaltaq millət satqını,rüşvətxor talançı və ibsaniyyətlikdənxəbəri olmayan birisi olasan. Əsas da imkan Azəri Türkü olmayasan. Çox Aciz fərasətsiz bir millətik. Allah bizə köməy olsun.
Emin bu səviyyə ilə ölkə təhsilinə nazirdisə onda kül olub bu millətin təpəsinə...
Həm də bu onun ilk sərsəmləməsi deyil.
Qurtarirsan Universiteti gedirsen ise deyirler praktikan yoxdur .Gedirsen Bolta ya da Ubere sual mashin surmeye savad lazimdir.Ay bisavad memurlar
Deyilənə görə bu nazir bir ildə üç xarici universitet qurtarıb ,bizim elmimizdən xəbəri yoxdur .Əksinə yaşı otuzdan çox olanların hətta texnikom savadlısı indiki xarici savadlılardan savadlıdırlar
Mən gündəlik həyatda çox rast gəlmişəm ki yalnız ana dilində danışan insanlara aşağılayıcı münasibət var.Az-çox tanınan şirkətlər əsas şərt olaraq dil biliyini irəli sürür və hətta iş elanlarını xarici dillərdə verirlər bu isə birbaşa konstitusaya ziddir.Yəqin hörmətli nazir də bu kontekstdən düşünür
nazirlərin,yüksək vəzifəlilərin kor-koranə təyinatıarının nəticəsidir.Təhsili eksperimentə çevirmək belə də nəticə verməlidir.Misirid,qoruqçq,Bayramov vəƏmrullayevdən nazir olardımı?Belə təyinatların da belə nəticəsi olar.
Emin Əmrullayev çıxışları ilə hansı savada malik olduğunu çox gözəl göstərir.