Menu

DEPUTATLAR TƏTİLƏ ÇIXDI – Nə qədər məzuniyyət pulu alacaqlar?

14.07.2023, 15:14
DEPUTATLAR TƏTİLƏ ÇIXDI – Nə qədər məzuniyyət pulu alacaqlar?

Bu gün Milli Məclisin növbədənkənar sessiyası başa çatıb.

“AzPolitika.info” xəbər verir ki, iclasın sonunda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və bununla da Milli Məclisin deputatları tətilə çıxıb.

Parlamentin üzvləri iyulun 15-dən avqustun 30-dək istirahətdə olacaqlar. Parlamentin sədri, sədr müavinləri, komitə sədrləri və deputatlar üçün məzuniyyətlə bağlı veriləcək vəsaitlərin miqdarı artıq müəyyənləşib.

Milli Məclis üzvlərinin məzuniyyət zamanı alacaqları müavinət bu formadadır:

- Spiker - 21 min 300 AZN;

- Spikerin birinci müavini - 19 min 170 AZN;

- Spikerin müavinləri - 18 min 105 AZN;

- Komitə və komissiya sədrləri - 17 min 40 AZN;

- Komitə və komissiya sədrlərinin müavinləri - 15 min 975 AZN ;

- Deputatlar - 10 min 400 AZN;

Qeyd edək ki, Azərbaycanda minimum ayılıq əməkhaqqı 345 manatdır.

“AzPolitika.info” 

Şərhlər

Sevda 2023-07-17 09:53:22

Haram xowlari olsun!

Əli 2023-07-15 18:49:59

Bunlar tətilə çıxı və ya qayıtdı ölkədə nəyisə dəyişir?Boş yer,mənasız Məclis,!Ora nə göndərlir,yalandan toplaşıb,danışıb dağılışırlar.MM milləti.xalqı,milləti narahat edən məsələlərdən uzaq bir quruu olmaqla millətə yox,iqtidara yardımçıdır.Millət seçməyən deputat milləti düşünməz!

Mail 2023-07-15 14:51:59

Bu zəhmətkeş insanların qan puludur.Haramınız olsun!

JJ 2023-07-14 23:12:08

Burnunuzdan gelsin ...!!!

Rasim Quliyev 2023-07-14 22:14:19

Kasib deputatlar.Sinqapurda deputat 100000 alir bizim ki qepik qurush

Vaqif 2023-07-14 20:59:51

Ona görə də orta əmək haqqı çox görsənir bizdə deputatlar minumum əmək haqqının 3 ya 4 mislindən çox almamalidirlar

Azər 2023-07-14 20:55:40

Biabirciliq Mən məzuniyyətdə 400 manat aldım deputatların nəyi bizdə artıqdır ki?

Savalan 2023-07-14 19:03:05

Bu haqsızlığın səbəbi nədir? MM-də hansı ağır ,zəhmətlii iş görülür ki,bu qədər xərcləmələrə yol verilir? Fiktiv müzakirə,boş söhbətdən başqa MM-də hansı işlər görülür ki?Xalqın malı niyə belə talan edilir.Seçilməyən ,hakimiyyətə tolluq edən "deputat"adlandırılan şəxslər ölkənin hansı zəhmətkeşindən artıqdır?İnsanlara 300-400 manat maaş,80-180 manat müavinət verən ölkədə bu məsrəfçiliyin səbəbi nədir?Siyahi "Deputatlar"ın hansı məsuliyyəti və əziyyəti var?

Pensiyçı 2023-07-14 18:51:06

Azərbaycan hakimiyyəti vəyəndaşına 400 manat maaş,380 manat pensiya verir (bir ay yaşamaq üçün) amma Prezident aparatımnda hazırlanan millətə ziyan verən qərarları təsdiqləmək üçün millətə sırınan (seçilməyən) "deputatlara" 1o ooo manat məzuniyyət pulu verir.Bax haqq,ədalət burada pozulur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol