Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İdarə Heyətinə sədr təyin olunub.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin müvafiq əmrinə əsasən, Əli Tahir oğlu Nəbiyev AQTİ-yə sədr vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, Ə.Nəbiyev Ədliyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. “Azərbaycan Dəmir Yolları” QSC-də Hüquq İdarəsinin Məhkəmələrlə iş şöbəsinin rəisi və Hüquq İdarəsinin rəis müavini vəzifələrində fəaliyyət göstərib. Mediasiya Şurasının İdarə Heyətinin üzvüdür.
Bu təyinatadək Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Hüquq, kadr və icraya nəzarət şöbəsinin müdiri olub.


Şərhlər
Bu adam AQTİ -də hansı işə yarayacaq?Axı onun nə təhsili,nə indiyə qədərki iş fəaliyyəti buranın işi ilə uzlaşmır.Niyə idarələri kor edirsiniz?Ölkə hara yuvarlanır?t
Bu adamın bu sahədə hansı təhsili,hansı anlayışıa hansı təcrübəsi var?tBelə təyinatlarla ölkəni nə günə saldığınızı düşünə bilirsinizmi?Guya AQTA ölkədə hansısa işə yarayır? Fiktiv kərə yağları,ziyanlı spirtli içgilərin.hətta "Sirab"adı ilə satışa verilə suların,istifadəmüddəti keçmiş makaron və düyi məmulatlarının Bakıda yenidən paketlənərək marktlərdə satılmasını AQTA görə bilmir?Azərsun-un girdirmə xammallardan fiktiv məhsullarının satışından AQTA-nın xəbəri yoxdur?O zaman sorular:AQTA yalnız rüşvət yığmaq üçünmü yaradılıb?Elə belə təyinatların nəticəsi də bel halların baş verməsinə yol açır.