Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Tərtər Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılan şəxsin kimliyi bilinib.
“Report” xəbər verir ki, korrupsiya faktları ilə bağlı Tərtər RİH-in Memarlıq və Tikinti Şöbəsinin müdiri, baş memar Tofiq Kərimov saxlanılıb.
***
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Tərtər rayon İcra Hakimiyyətində əməliyyat keçirib.
APA xəbər verir ki, idarə əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində korrupsiya faktları ilə bağlı icra hakimiyyətinin vəzifəli şəxsi saxlanılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya bildirib ki, əlavə məlumat veriləcək.

Şərhlər
İNŞAATCILAR METROSUNUN YANINDA SƏKİLƏR HƏR GÜN ZƏBT OLUNNUR.TAM BİABIRCILIQDIR.
Bakının orta göbəyi elə korrusiya bataqlıdər, SÖhbət Nəsimi və Binəqədi rayonu icra hakimiyyətlərindən gedir, qarış-qarış satıblar rayonları, mikrorayonları, qəsəbələri.... köhnə beş mərtəblərin arasındakı sahələri, yolları satıb bina tikiblər.... tərpənmək olmur... 3-cü mikroraypnda moskva kinoteatrı deyiolən ərazidə düz 19m saylı məktəbin girişində bina tikiblrə.. bir yanğın olsaydı, görəsən,.. nələr olardı... binəqədi rayonu isə icra hakimiyyhəti üçün cənnətdir.. yeganə şadlqı sarayi olan tərəflər isə narkotika yuvasıdır... polis də kor olub-görmür...gözdən uzaq-könüldən iraq... odur ki, hörmətli prokurorluq işçilərinin görəcəkləri işçilər çoxdur
Bu əməliyyat Şəki İH aparılmalıdır. Şəki İH-nin Baş memarı Cahangir Nəbiyev vəzifə səlahiyyət həddini aşaraq əhalinin istirahət yerini zəbt edərək, hərbi xidmətdən yayınan oğlu üçün Fantan Kafesi yaratmasına nail olub. Aidiyyatı qurumlar Cahangir Nəbiyevin bu özbaşnalığına göz yumurlar....? Xaiş edirik bizim istirahət yerimizi özümüzə qaytarın.
İCRA HAKİMİYYƏTLƏRİNDƏ İCRA BAŞÇISIGÖSTƏRİŞ VERMƏSƏ VƏ YA TƏLƏB İRƏLİ SÜRMƏSİ HEÇ BİR VƏZİFƏLİ ŞƏXS RÜŞVƏT ALA BİLMƏZ VƏ YA CƏSARƏT ETMƏZ! oNA GÖRƏ iCRA . BAŞÇISINDAN BAŞLAMAQ DOĞRU OLAR.TƏK-TƏKMƏMURU HƏBS ETMƏKLƏ SİSTEM DÜZƏLMƏZ.SU BAŞDAN BULANIQDIR.
Rayonların İH başçısı aparatındakı memarların hamısı potensial cinayətkardırlar. Başçılarından daha çox onlar ən saxtakar, dələduz və rüşvətxor memarlıq şöbəsinin müdirləridir. Qanun keşikçiləri nə vaxt gözlərinin ucu ilə baxsalar onlar birmənalı olaraq həbsdə olacaqlar.
Ucdantutma bütün bələdiyyə işçiləri elə bilir bələdiyyə mülkiyyəti onların dərələrin tarlasıdır və istədikləri kimi sata bilərlər həmçinin vergilər və dövlətin verdiyi doya-doya ilə birlikdə ancaq onların cibinə getməlidir. Özləri də istəsələr işlərlər, istəməsələr işləməzlər.
Rayonlarımızdakı bələdiyyələrin fəaliyyətini də yoxlamaq lazımdı,özü də incəliklərinə qədər ki,bəlli olsun nəhayət:bələdiyyə sədri deyilən şeyin millətə zərrə qədər də olsa bir xeyri varmı,yoxsa bu adamların işləri-gücləri səhər-axşam dam boyda bahalı maşınlarda ekzotik yerlərə,şırhaşır axan çaylar qırağına,quşqonmaz qayalar altındakı dərə kənarına dost-aşinalarıyla gedib şıdırğı yeyib-içməkdən,enlənməkdən ibarətdir?Tilişkə kimi arıq birisini bələdiyyə sədri qoy,bircə ildən sonra tanıyammazsan,deyərsən adam elə bil kökəltmə məntəqəsindən çıxıb,bekarçılıqdan və torpaq satıb yeyib-içib əsnəməkdən eniynən uzunu bərabərləşib,kub adam olub,romb adam olub,sanki Bayındır xanın qaranlıq tövlədə 9 ay bəslənmiş buğasıdı,indicə cumacaq üstünə.Qorxundan tez üst-başıva baxırsan görəsən qırmızı bir şey yoxdu ki,gözü qızmasın.Nağayrasan, Qazan xan deyilsən axı buynuzundan tutub çırpasan yerə,qaçasan.Qalib gəlsən də Dədə Qorqud əvəzinə enkevede paltarlı aşıqlardı,sənin yerinə onu tərifləyəcəklər kreslo sahibidi deyə,sazı sinələrinə basıb qaratoyuq kimi xırda addımlaya-addımlaya xorla oxuyacaqlar “Kyamilovun tayı hanı bu yerdə”.