Baş nazirin 257 saylı qərarı ilə “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na dəyişiklik edilib. Qərarla 5 bənd üzrə dəyişiklik həyata keçirilib.
İqtisadçı, deputat Vüqar Bayramov bildirir ki, bu dəyişikliklərdən 3-ü daha çox texniki xarakter daşıyır.
Onun sözlərinə görə, əsas dəyişikliklər qərarın 1.3 və 1.4-cü bəndləri ilə bağlıdır: “Belə ki, yeni dəyişikliyə əsasən, bundan sonra əmək pensiyasına qulluq stajına görə əlavələrin hesablanması zamanı əsas götürülən əməkhaqqı, dövlət məvacibi, yaxud təminat xərcliyi müəyyən edilərkən şəxsin yalnız əmək və ya xidməti vəzifələrinin yerinə yetirməsinə görə almış olduğu ödənişlər və onlara sonrakı artımlar pensiya təyinatı tarixinə qədər nəzərə alınacaq. Bu o deməkdir ki, pensiya təyanatınadək olan əmək və ya xidməti vəzifələrinin yerinə yetirməsinə görə almış olduğu ödənişlər və onlara sonrakı artımlar pensiya məbləğinin hesablanmasında istifadə olunacaq”.
İqtisadçının sözlərinə görə, digər mühim dəyişiklik ondan ibarətdir ki, əmək pensiyasının sığorta hissəsi qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğdə artırıldıqda, pensiya yenidən hesablanacaq.
“Bu dəyişiklik belə artımlar baş verən zaman pensiya məbləğinin yenidən hesablanmasına və artırılmasına imkan yaradacaq. Deməli, bu hallarda vətəndaşlarımızın pensiyası yenidən hesablanıb artırıla biləcək”, - millət vəkili vurğulayıb.
Rasim
“AzPolitika.info”

Şərhlər
bu nağıllardan,yarımçıq,ziyanlı qərarlardan hamı bezib.pensiyada ayrıseçkilik yaratmaq.qrupıara bölmək.kimlərəsə ayı xidməi göstərmək bu sistemin ayıbdır.Pensiya hesabatı bütün vətəndaşlar üçün eyni qaydada hesablanmalıdır.Hər kəs işlədiyi zaman aldığı məvacibə və iş stajına görə vahid hesablama üzrə pensiya almalıdır.İkinci tərəfdən yüksək pensiya 1000 manatdan yuxarı ) təyin edilənlərə isə iş fəaliyyətini davam etdirdikdə pensiya dayandırılmalıdır.Buna hökumət niyə diqqət eymir?
Əgər bu belədirsə alqışlanmalıdır.
O cümlələri başa düşən varsa deməli savadsızdır ,qanunların hamısı bu gündədir ,sadə dildə yazılsa hamı başa düşər ,bu da hökumətə sərf eləməz ,elə tərcümə edib köçürürlər ,özlərinə sərf edən kimi də tətbiq edirlər