Menu

“Bu, Rusiyanın Qara dəniz donanmasına ciddi zərbə oldu” – Britaniya Kəşfiyyatı

05.08.2023, 12:37
“Bu, Rusiyanın Qara dəniz donanmasına ciddi zərbə oldu” – Britaniya Kəşfiyyatı

Ötən gün dəniz dronlarının hücumundan sonra Rusiyanın iri desant gəmisi “Olenoqorskiy qornyak”ın zədələnməsi Rusiya Federasiyasının Qara dəniz donanmasına ciddi zərbə oldu.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat xidmətinin məlumatında deyilir.

Kəşfiyyat məlumatlarına əsasən, sözügedən hücumdan sonra gəminin bir neçə su keçirməyən kupesi deşilib. Ekipaj üzvlərinin zədələri aradan qaldırmaq səyləri isə bir nəticə verməyib.

Həmçinin qeyd olunur ki, 3600 ton ağırlığı, 113 metr uzunluğu olan “Olenoqorskiy qornyak” Rusiya donanmasının ən böyük gəmisi idi.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol