Menu

29 yaşlı kişi intihar edib

12.08.2023, 09:25
29 yaşlı kişi intihar edib

Daşkəsən rayonunun Çovdar kəndində intihar hadisəsi qeydə alınıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Ağdaş rayon sakini 29 yaşlı Süleymanov Səbuhi çalışdığı ərazidə özünü ekskavatordan asaraq intihar edib.

İntiharın səbəbləri hələ ki bəlli deyil.

Qeyd edək ki, mərhum ekskavator sürücüsü çalışırmış. O nişanlı olub, yaxın günlərdə toyu olacaqmış.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol