"Volt Azərbaycan" MMC fəaliyyətinin dayandırılması ilə bağlı ötən gün yayılmış xəbərə dair açıqlama ilə çıxış edib.
Açıqlamada deyilir ki, şirkət fəaliyyətini davam etdirir, onun mobil tətbiqi aktivdir və müştərilər öz sifarişlərini həmişəki qaydada yerləşdirə bilərlər.
"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) irəli sürdüyü iddialara gəldikdə isə, "Wolt" öz fəaliyyətini heç bir qanun pozuntusu olmadan həyata keçirir və bu məhkəmənin qüvvəyə minmiş qərarı ilə təsdiqlənib.
"Volt Azərbaycan"ın pozuntuların aşkar edilməsi barədə yayılan məlumatların həqiqətlə heç bir əlaqəsi yoxdur. Təəssüf olsun ki, AQTA şirkətimizə təzyiq göstərmək üçün nüfuzumuza xələl gətirən natamam və həqiqətə uyğun olmayan məlumatların sosial şəbəkələrdə yayılması yolunu seçib", - deyə açıqlamada qeyd olunub.

Şərhlər
Məhkəmə qərarı olmadan cəza tətbiqi normal ölkələrdə yol verilməzdir.Bizimki kimi rejim idarəetməsi olan memleketlerden isə iştənilən inzibati orqan istənilən qərarı qəbul edir. Özü də çox vaxt ən son cəza (bağlamaq, dayandırmaq, xarıc etmək,həbs etmək....) tədbirinin tətbiqi "yuxarıdan verilən bir fit" ə bağlıdır.