“Paşinyanın “rebrand” etdiyi Qarabağı işğal siyasəti iflasa uğradı”
“Dünən Ermənistan hökumətinin iclasındakı çıxışında növbəti dəfə Azərbaycana qarşı ultimativ tonda danışması Paşinyanın təxribata hazırlaşma cəhdi kimi yozulmalıdır”.
“AzPolitika.info” xəbər verir ki, siyasi təhlilçi Elnur Sadıqov BMT TŞ-da keçirilən 16 avqust toplantısından sonra Ermənistanın siyasətdə baş verəcək mümkün deyişiklikləri şərh edərkən deyib.
“Paşinyanın “Azərbaycan tarixi şansı əldən qaçırmamalıdır, sülh prosesini sıfırlamamalıdır” bəyanatı hədədən başqa bir şey deyil. İndiyədək Paşinyan sülh dilənməklə məşğul idi. İndi isə hədə tonuna keçib”, - o əlavə edib.
E. Sadıqov hesab edir ki, Paşinyanın belə “U” dönüşü etməsi onun çıxılmaz vəziyyətdə olmasından, daha doğrusu “ermənilərin hüquq və təhlükəsizliyi”, “beynəlxalq vasitəçiliklə Bakı-Xankəndi danışıqları” pərdəsi altında Qarabağı ermənilər yaşayan məlum ərazilərini işğal siyasətinin iflasa uğramasının göstəricisidir: “Paşinyan düşünürdü ki, “Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi”, “Beynəlxalq vasitəçiliklə Bakı-Xankəndi danışıqları” tələblərini irəli sürməklə “miatsum”u “rebranding” edə biləcək. Üstəlik, Ermənistanın təhlükəsizliyini də təmin edəcək. Amma Ermənistanın havadarlarının da belə Xankəndi ermənilərinə danışıqlar üçün Yevlaxa getməyi tövsiyə etməsi, “Ağdam-Xankəndi yolu”nun açılmasını və Həkəri Sərhəd-Nəzarət Buraxılış Məntəqəsinin (SNBM) varlığını qəbul etməsi Paşinyanın “rebrand” etdiyi Qarabağı işğal siyasətini iflasa uğradır. Həkəri SNBM, “Yevlax danışıqları”, “Ağdam-Xankəndi yolu”, bütün bunlar artıq Xankəndi problemini Azərbaycanın daxili işi halına gətirir”.
Təhlilçi vurğulayır ki, proseslərin Ermənistan üçün dramatik inkişafı fonunda erməni cəmiyyətində Paşinyana qarşı ittihamlar, hər şeyə görə onun günahlandırılması geniş vüsət alıb. “Ermənilər Paşinyanı bir ağızdan ittiham edir ki, sən Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıma bəyanatını verməsəydin, vəziyyət indiki kimi bizim üçün fəlakətli olmayacaqdı. Görünür, Paşinyan artıq özündən şübhələnməyə başlayıb. Ona da elə gəlməyə başlayıb ki, Qarabağı Azərbaycan ərazisi kimi tanımaqla gülləni öz ayağına vurub. Artıq ətrafındakıların diliylə bu mövqedən geri çəkilməylə bağlı bəyanatlar da səsləndirilməkdədir. Edmon Marukyan sırağagün “News.am” agentliyindəki çıxışında, “Azatutyun”da Vardan Oskanyana verdiyi cavabda Qarabağı Azərbaycan ərazisi kimi rəsmən tanımadıqlarını, bu haqda qarşılıqlılıq prinsipi əsasında arzu ifadə etdiklərini deyib”, - o, qeyd edib.
E. Sadıqov hesab edir ki, Paşinyanın asanlıqla ağ bayraq qaldırıb, Həkəri SNBM-i qəbul edəcəyi, “Ağdam-Xankəndi” yolunun açılacağını və öz separatçı nümayəndələrini Yevlaxa göndərəcəyi inandırıcı deyil.
“O, ya Rusiyaya, ya da Azərbaycana qarşı hansısa təxribatlar törədib əvvəlki razılaşmalardan qaçmağa cəhd edəcək. Ya da, indiki ölü vəziyyəti davam etdirib Azərbaycanla əsəb müharibəsini davam etdirəcək”, - təhlilçi vurğulayıb.
Rasim
“AzPolitika.info”

Şərhlər
Misal vat ,deyir:”Qarı “döyülüb” qapı örtülb.Qarabağ meselesinin ttam ve qeti hellinne çox qısa zaman qalıb ve heç kim Azerbaycanını daxili işine qarışa bilmez ve bunu “Taxtabaş ermeniler de çox gözel anlayırlar, o cümleden onların havadarları.