Menu

“Ukraynada işimizi bitirib, bu ölkələrə gedəcəyik...” - Kadırov

18.08.2023, 14:56
“Ukraynada işimizi bitirib, bu ölkələrə gedəcəyik...” - Kadırov

“Ukraynada işimizi bitirib, Qurani-Kərimi təhqir edən ölkələrə gedəcəyik”.

“AzPolitika.info” xəbər verir ki, bunu Çeçenistanın rəhbəri Ramzan Kadırov deyib.

O bildirib ki, Avropa ölkələrində davam edən Quranın yandırılması aksiyaları geri dönüşü olmayan bir vəziyyətə səbəb olub.

“Bu gün bütün müsəlman dünyası görünməmiş bir problemlə üz-üzədir. Avropa və Qərb ölkələrində Qurani-Kərimin yandırılması istiqamətində aksiyalar davam edir. İslam dövlətlərinin rəhbərlərini oyanmağa və dinimizi istənilən təcavüzdən qorumaq üçün mümkün olan hər şeyi etməyə çağırıram. Əks halda, çox gec olacaq”,-deyə Kadırov bildirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol