“Qərb rəsmiləri qorxurlar var ki, Ukraynanın döyüş meydanındakı strateji məqsədləri uzunmüddətli müharibəyə səbəb olacaq. Ona görə də, onlar Kiyev üçün xüsusi sövdələşmə təklifi edə bilərlər. Son vaxtlar Qərbdə Rusiyaya ərazi güzəştinə getməklə bağlı Ukrayna rəsmilərinə çağırış edən bir qrup məmur var. Lakin nə Kiyev, nə də Moskva bu müharibəni bitirmək üçün təklif olunan variantı qəbul etmirlər”.
“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-ın məşhur “The Wall Street Journal” nəşrində yayımlanan məqalədə bildirilir.
Nəşr iddia edir ki, ABŞ və Almaniya kimi əsas Avropa ölkələri bu müharidə Rusiyanın qələbəsinin qəti şəkildə əleyhinə olsalar da, Ukraynanın qələbəsini təmin etmək üçün də hazır deyillər.
Ona görə də, Qərb rəsmiləri Kiyevə xüsusi bir təklif etməyə hazırlaşır. Bu təklifə görə, Ukrayna NATO və ya Avropa Birliyinə üzv olmaq müqabilində işğal olunmuş əraziləri tərk etməlidir.
Nəşr qeyd edir ki, Rusiya ilə Ukrayna arasında davam edən savaş dünya iqtisadiyyatına mənfi təsir göstərdiyü üçün, Qərb müharibənin tezliklə dayandırılmasında maraqlıdır.
“AzPolitika.info”

Şərhlər