Menu

ABŞ yenidən İraqa qoşun göndərir? – Baş nazirin müşaviri açıqladı

21.08.2023, 15:57
ABŞ yenidən İraqa qoşun göndərir? – Baş nazirin müşaviri açıqladı

“Mətbuatda bu mövzuda yayılan xəbərlər əsassızdır. ABŞ ordusunun yenidən İraqa yerləşməsindən söhbət gedə bilməz”.

“AzPolitika.info” xəbər verir ki, bunu İraqın baş naziri Məhəmməd Şia əl-Sudaninin təhlükəsizlik üzrə müşaviri Xalid əl-Yəqubi ABŞ-ın İraqa qoşun yeridəcəyi ilə bağlı yayılan iddialara münasibət bildirərkən deyib.

Qeyd edək ki, bir müddət öncə ABŞ-ın İraqın müxtəlif bölgələrinə hərbi maşınlarla yük daşıdığı iddia edilib. Bununla bağlı sosial şəbəkələrdə bəzi təsdiqlənməmiş görüntülər də yayımlanıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol