Menu

ƏHALİYƏ KORONAVİRUSLA BAĞLI XƏBƏRDARLIQ EDİLDİ - Yoluxma sürətlə ARTIR

24.08.2023, 10:44
ƏHALİYƏ KORONAVİRUSLA BAĞLI XƏBƏRDARLIQ EDİLDİ - Yoluxma sürətlə ARTIR

Dünyada koronavirusun yeni alt variantları sürətlə yayılmağa başlayıb. İyulun 17-dən avqustun 13-dək koronavirusa 1,4 milyon yoluxma halı qeydə alınıb.

Yaranmış vəziyyətlə əlaqədar artıq bəzi ölkələrdə peyvəndləmə və məcburi maska rejiminə keçid nəzərdə tutulub.

Mövzuya münasibət bildirən Səhiyyə Nazirliyinin mütəxəssis - eksperti Vasif Əliyev "Xəzər Xəbər"ə bildirib ki, koronavirusun yeni ştamları immunitetdən yayındığı üçün təhlükəli sayılır.

Onun sözlərinə görə, hazırda qonşu ölkələrdə “omicron” ştamının alt variantlarına yoluxma hallarına rast gəlinir.

İnfeksionist bildirib ki, “EG.5”lə yanaşı başqa daha bir təhlükəli variant da hazırda müşahidə edilməkdədir. Amma yoluxma halları artsa da, xəstəxanalara müraciətlərin sayı hələ ki, qorxulu həddə deyil.

Vasif Əliyev əlavə edib ki, bu növlərin Azərbaycanda olması ilə bağlı rəsmi məlumat yoxdur. Amma qonşu ölkələrdə artıq aşkarlanıbsa, ölkəmizdə də gələcəkdə aşkarlanma ehtimalı istisna deyil. Həkim vətəndaşları gigiyenik qaydalara əməl etməyə çağırıb.

Şərhlər

Mubariz 2023-08-24 11:53:15

Tələb edirəm - mağazalar bağlansın ,iki saat rejimi tətbiq edilsin ,evlilər təcili boşansın-virus öpüşlə yyılır

t.ədalət 2023-08-24 10:54:26

Azərbaycan yeganə ölkədir ki,koronanı gəlir biznesinə çevirib.Sərhədlərin bağlı saxlanılması,xarici ölkəyə səfərlərin ancaq təyyarə ilə reallaşması xalqı güzəran ehtiyaclarına sürükləməkdir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol