Azərbaycanda “5-ci kolon” deyərkən adətən daha çox Rusiyanın və İranın ölkəmizdəki “nüfuz agentləri”nin fəaliyyəti nəzərdə tutulur. Lakin onlardan heç də geri qalmayan, az təhlükəli olmayan və tamamilə başqa istiqamətlərdən qaynaqlanan, qidalanan qüvvələr, cərəyanlar da var ki, onlardan cəmiyyətimizə, eləcə də Azərbaycanın haqq işinə zərbə vurmaq üçün gen-bol istifadə olunur...
Azərbaycanın bu gün Qarabağ ətrafında verdiyi siyasi-diplomatik mücadilədə ona qarşı döyüşən Fransa kimi ermənipərəst dövlətlər və Qərbdəki məlum dairələrin istifadə etdiyi “alətlərdən” biri də “No war”(müharibəyə yox) hərəkatı, daha dəqiq desək, bu hərəkatın adını azərbaycanlı qoymuş üzvləridir.
Bu başıpozuq dəstənin əli ilə ölkədə qeyri-sabitlik yaratmaq cəhdləri hələ 2016-cı ilin aprel döyüşləri zamanı açıq şəkildə hiss olundu. O zaman özlərini humanizm carçısı kimi təqdim edən bu “sülh göyərçinləri”nin böyük qismi bilərəkdən, təmənnalı şəkildə, bir hissəsi isə şüursuzluqdan və sadəlövhlükdən müharibəyə qarşı şüarlar səsləndirmək və öz torpaqlarının azadlığı uğrunda döyüşən ordumuzu gözdən salmaq üçün hərəkətə keçmişdilər. Onlar həmin vaxt Ermənistanın təxribatına cavab verən, anti-terror əməliyyatı keçirən ordumuzu “terrorçu”, Azərbaycan dövlətini isə “işğalçı” dövlət adlandıracaq qədər rəzil mövqe nümayiş etdirirdilər.
Həmin bu “no war”-çular dəstəsi 44 günlük Vətən müharibəsində də fəallaşdılar və bu, gözlənilən idi. Məlum mərkəzlərdən aldıqları sifarişləri yerinə yetirən bu Azərbaycan vətəndaşlığına layiq olmayan ünsürlər həmin günlərdə də anti-dövlət fəaliyyəti üçün münbit şərait yarandığını güman edərək, aktivləşməyə çalışdılar. Öz vətənini azad etmək, millətin namusunu təmizləmək üçün canından keçən Azərbaycan əsgərini, qazisini, şəhidini “terrorçu”, “işğalçı” adlandırdılar, hərbi əməliyyatları dayandırmaq tələbi əks olunan şüarlarla çıxış etdilər. O vaxt da Azərbaycan cəmiyyətinin qəbul etmədiyi, yaxın buraxmadığı, ikrahla yanaşdığı və çoxdan “artıq ət” kimi kəsib atdığı bu dəstə Azərbaycana düşmən mövqedə duranların sifarişi ilə çalışdılar.
Hazırda Azərbaycanın Qarabağ, Laçın yolu ətrafında apardığı ağır siyasi mücadilədə yenə dövlətimizə, xalqımıza qarşı çevrilən bu “no war” həşaratları öz çirkin missiyalarını reallaşdırmaq üçün hərəkətə keçiblər. Avqustun 15-də onların bir dəstəsi Bakıda "İştirak Evi" adlanan yeni strukturda "Liberallar Dərnəyinin aksiyası" adı altında "Niyə No War?" şüarı ilə “ictimai müzakirələr” keçiriblər. Bu utancverici “tədbiri” Orxan Allahverdiyev, Səməd Şıxı və Nemət Abbasov adlı gənclər təşkil edib. Maraqlıdır ki, “tədbirə” qatılanlar sırasında Qiyas İbrahimov kimi ünsürlərlə yanaşı, AXCP təmsilçisi Saleh Rüstəmovun oğlu Sezgin Rüstəmov, eləcə də Qubad İbadoğlunun qızı Jalə Bayramova da olub və bu da müəyyən nəticələr çıxarmağa əsas verir...
Guya sadəcə, "müharibə əleyhdarları" olan bu şəxslər "İştirak Evi"ndəki həmin tədbirdə gerçək simalarını və məqsədlərini nümayiş etdiriblər. Azərbaycanın, onun ordusunun, azadlıq və suverenlik savaşının üzərinə kölgə salmaqla ermənipərəst dairələrə xidmət edən bu tədbir göstərdi ki, “no war”-çuların sıralarında hansı pitomnikdə doğulub böyüdüyü, nə südü əmdiyi bilinməyən, şəhid anasına “lom” deyəcək qədər mənəviyyatsız gənclər birləşib.
2022-ci ilin sentyabrında Ermənistan Silahlı Qüvvələrinin xüsusi diversiya dəstəsi ərazilərimizə soxulmağa çalışanda da Azərbaycandakı "no war"-çular dərhal ölkəmizi haqsız çıxarmağa başladılar və bizi "Ermənistanın suveren ərazisinə soxulmaqda, Ermənistan ərazilərini işğal etməkdə və hərbi təcavüz"də ittiham etdilər.
Təsəvvür edin ki, bu azərbaycanlı “müharibə əleyhdarları” öz həmvətənlərini “işğalçı rejimi dəstəkləyən kütlə” adlandırdıqları halda, Qarabağdakı erməni separatçılarını "1991-ci ildə müstəqilliklərini elan etmiş xalq" hesab edəcək qədər rəzil “məfkurə” və “ideya” daşıyıcılarıdırlar.
İndiyə kimi müşahidə etdiklərimiz göstərir ki, “müharibəyə müqavimət” ideyası əksər hallarda “Açıq Cəmiyyət İnstitutu”, “Soros Fondu” kimi qlobal təşkilatlar tərəfindən ayrı-ayrı ölkələrdə, xüsusilə post-sovet məkanında kütlələrlə manipulyasiya, cəmiyyətdə daxili qarşıdurmalar yaratmaq üçün alət kimi istifadə edilir.
3 ildir ki, müharibə bitib və Ermənistan faktiki olaraq, reallıqla barışıb, Azərbaycanın ərazi bütövlüyünü Qarabağla birgə tanıyıb. Tərəflər sülh prosesinə davam etdirirlər. Ancaq necə deyərlər, “it əl çəksə də, motal əl çəkmir” və bizdəki “no war”-çular ermənidən betər erməniliklə məşğuldurlar. Onlar yenə də Azərbaycanı aqressiv ritorikada günahlandırır və hətta Qərbi Azərbaycan İcmasının tarixi torpağına geri qayıtmaq istəyini tənqid edir, pisləyirlər.
Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycandakı “no war”-çular sülhə, sabitliyə yox, erməni lobbisinə, Corc Sorosun “xaos yaratmaqla təsir etrmək” ideyasına xidmət edirlər. Bu işdə isə beyni yuyulmuş, liberal dəyərləri yanlış qavramış, şüursuz, məntiqsiz, təcrübəsiz azərbaycanlılardan da aktiv şəkildə istifadə edilir. Bu başıpozuq dəstəyə başçılıq edənlər isə öz maddi maraqlarını güdən, Qərbdəki ermənipərəst dairələrlə, insitutlarla əməkdaşlıq edən şəxslərdir.
Maraqlıdır ki, bu sühpərvər ideyalarla pərdələnmiş daxilən eybəcər qruplaşmanın çirkinliyi xaricdən də açıq-aydın görünür.
İş o yerə çatıb ki, bizim “no wor”-çular özlərinə dost-qardaş bildikləri Ermənistanda da ikrah doğururar. Ermənistanın “Hraparak”, “Haykakan Jamanak”, “Pastinfo”, “Mamul” media qurumları azərbaycanlı “no war”-çuları “qəribə məxluqlar” adlandırıblar. Bəlkə də elə bu, onlara verilən ən dolğun addır...
Rasim Əliyev
"Azpolitika.info"
Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "İctimai və dövlət maraqlarının müdafiəsi" mövzusunda hazırlanmışdır.


Şərhlər
1. Onların xarici dövlətlərin sifarişi ilə hərəkət etdiyi sübuta yetirilməyib.
2. Əgər təhqirə yol veriblərsə, yaxşı hal deyil. Bu məqalə müəllifi də təhqirə yol verir. Həm də dövlət bu təhqir məzmunlu məqaləni maliyyələşdirir. Qəribədir.
3. Onlar fikir azadlığından istifadə edirlər. Azərbaycan azad ölkədir və hər bir vətəndaşın sərbəst şəkildə fikrini bildirmək hüququ var. Bu məqaləni yazan Rasim Əliyevin həmin hüquqdan istifadə etdiyi kimi.
4. Rasim Əliyev məqalədə qeyd etdiyi tədbirdə necə iştirak edib? Yoxsa, dəvət göndəriblər? İştirak etməyibsə, məlumatı hardan alıb?
Allah bəlalarıi versin Əziz şəhidlərimizin ruhu satqınlara qənim olsun Amin
Məndən olsa bu uşaqların yaşadıqları mənzillərin divarlarına Xocalı və digər qətliyamlıarla əlaqədar sənədli foto şəkillər yapışdıraram kə bütün günü sevimli ermənilərininn cinayətləri ilə yaxından tanış olsunlar
No varçı zad deyiləm. ) bütün ölkə üzrə dövriyyəsi 100 mini keçən bütün v ödəyicilərinə tapşırıq aparattandı deyib 5 min azn cərimə yazılmasının..! Bütün rayonlarda polis rəislərinə işğaldan azad olunmuş ərazidə bina tikilməsinə töhvə ver deyib xalqa zülüm yaşatmaglarının ayıb oldugunu bildirmək istəyirəm ((
Hamısını ruhi xəstəxanaya yerləşdirmək lazımdır.Guya digərləri müharibə tərəfdarıdır?Təlxək yığını.