Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədovun da ittiham olunduğu cinayət işi üzrə istintaqın ona aid hissəsi yekunlaşdırılıb. İşin N.Məmmədova aid hissəsi ayrılaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Bu barədə "AzPolitika.info"-ya sabiq generalın vəkili Rəşad Mirmehdizadə bildirib.
Vəkil həmçinin qeyd edib ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə istintaq müddətində müvəkkili və digər təqsirləndirilən şəxslər tərəfindən ümumilikdə 40 milyon manata yaxın vəsait dövlət bübcəsinə ödənilib və bu proses davam edir.
"Barəsində məhkəməyə göndərilən 128 cild cinayət işi ilə Nizami Məmmədov ağır sağlamlıq durumu ilə əlaqədar çox çətinliklə tanış ola bilib və bəzi vəsatətlər verib. Hazırda Bakı Hərbi Məhkəməsində məhkəmə baxışının başlanılması gözlənilir" - deyə, R.Mirmehdizadə qeyd edib..
Qeyd edək ki, bir müddət əvvəl Dövlət Təhlükəsizliyi Xidmətində başlamış silsilə araşdırmalar üzrə Müdafiə Nazirliyinin maliyyə strukturlarında mənimsəmə faktları müəyyən edilib
Yüksək çinli maliyyə xidmət rəisləri ilə yanaşı Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov da xüsusilə külli miqdar mənimsəmə cinayətlərində ittiham edilərək həbs edilibdir.
"AzPolitika.info"

Şərhlər
Əvvəla bu miqdarda yyinti bir günün işi deyil və bundan nazirin xəbəri və ya iştirakı olmaya bilməz.İkincisi yeyintinin miqdarı bu halın uzun müddətli olduğunu təsdiq etməklə bir qrup şəxs tərəfindən və hətta bu məbləğdən dəfələrlə artıq olduğuna dəlalət edir.Bəs bizim Maliyyə nazirliyi,DTK,Müdafiə nazirliyinin təhbərləri niyə vaxtında qarşısını almayıblar7 Belə bir hal bu yeyintinin mütəşəkkil ,əlaqəli və razılaşdırılmış qaydada başverdiyinə əsas yaranır.Buna görə tək generalı cəzalandırmaq kifayət deyil.Bu pokazuxa digər cinayətkarlrı gizlətmək məqsədi güdür.