Menu

ABŞ KONQRESİNDƏ AZƏRBAYCANA QARŞI TƏXRİBAT HAZIRLANIR - Erməni lobbisinin üzvləri bir yerə toplaşır

04.09.2023, 13:41
ABŞ KONQRESİNDƏ AZƏRBAYCANA QARŞI TƏXRİBAT HAZIRLANIR - Erməni lobbisinin üzvləri bir yerə toplaşır

Sentyabrın 6-da ABŞ Konqresinin İnsan Haqları Komitəsində Azərbaycana qarşı növbəti təxribata cəhd ediləcək. 

“AzPolitika.info” xəbər verir ki, erməni lobbisinin üzvləri olan konqresmenlər və senatorların təşkilatçılığı ilə Laçın yolunun bağlanması nəticəsində Xankəndində yaranan "humanitar vəziyyət”lə bağlı toplantı keçiriləcək.

Toplatıda Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Ocampo məruzəçi kimi çıxış edəcək. 

Xatırladaq ki, Ocampo anti-Azərbaycan çıxışları ilə “məşhurdur”, onun erməni diasporu ilə sıx əlaqələri məlumdur. O, hətta Azərbaycan tərəfindən Qarabağ ərazindəyaşayan ermənilərə qarşı soyqırımın həyata keçirildiyini iddia edəcək qədər qərəzli və saxta bəyanatın müəllifidir.

Luis Moreno Ocampo

Qeyd olunur ki, dinləmələrə erməni lobbsi ilə əməkdaşlıqdan faydalanan “tarixçilər”, konqressmenlər, hüquq müdafiə təşkilatlarının nümayəndələri dəvət olunub. Onlardan Kolumbiya Universitetinin ermənipərəst professoru David Filip də məruzçəidir. Bu şəxs də erməni diasporunun sevimli isimlərindən biridir və internet resurslarında onu adı ancaq Azərbaycana qarşı qarayaxma kampaniyalarında çəkilir.

“AzPolitika.info”

Şərhlər

Eli 2023-09-04 14:20:54

Tarixi tecrübe ve keçen 3-4 esrin hadiseleri gösterir ki,ne qeder bizim torpaqda 1 dene olsa ermeni var ve bu ölkeye Rusiyanın tesiri var biz problemlerden qurtula bilmeyeceyik.Bize bizde olan “ermeniesilliler” helelik bes edecek araqatmaq üçün.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol