Menu

KREMLDƏN PAŞİNYANA XƏBƏRDARLIQ - "Rusiya Ermənistanı da tərk edə bilməz”

05.09.2023, 14:55
KREMLDƏN PAŞİNYANA XƏBƏRDARLIQ - "Rusiya Ermənistanı da tərk edə bilməz”

“Rusiya Ermənistanla konstruktiv münasibətləri yüksək qiymətləndirir, lakin Baş nazir Nikol Paşinyanın Rusiya sülhməramlılarının missiyasının uğursuzluğu ilə bağlı tezisləri ilə razılaşmaq mümkün deyil”.

“AzPolitika.info” xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov yerli mətbuata bildirib.

“Rusiya bu regionun tamamilə ayrılmaz hissəsidir, ona görə də heç yerə gedə bilməz. Rusiya Ermənistanı tərk edə bilməz”, – Peskov jurnalistlərə deyib.

“Rusiya Cənubi Qafqaz regionunda vəziyyətin sabitləşdirilməsində çox mühüm rol oynamaqda davam edir. Rusiya Cənubi Qafqaz regionunun ayrılmaz hissəsidir. Buna görə də heç yerə gedə bilməz. Rusiya Ermənistanı da tərk edə bilməz”, - deyə, o, vurğulayıb.

O, Paşinyanı “Rusiyada Ermənistanın özündən daha çox erməni yaşadığını” unutmamağa çağırıb.

“Onların əksəriyyəti Rusiya Federasiyasının vətənpərvər vətəndaşlarıdır və ölkənin inkişafına layiqli töhfə verirlər”, - Peskov əlavə edib.

Xatırladaq ki, Paşinyan İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində Rusiyanın Qarabağdan və Cənubi Qafqazdan çəkildiyini bildirib.

“Bir gün yuxudan oyanacağıq ki, Rusiya artıq regionu tərk edib”, - Baş nazir deyib.

“AzPolitika.info”

Şərhlər

ƏNHU 2023-09-05 23:36:38

Bu urusun dediyinə fikir verirsinizmi? Deyir ki - Rusiya Cənubi Qafqaz regionunun ayrılmaz hissəsidir.Bu doilayısı ilə o deməkdir ki, bütün Cənubi Qafkaz yəni Azərbaycan da daxil olmaqla Rusiyadır.

Camal 2023-09-05 23:36:07

Ermənistanı Rusiya yaradıb. erməni tarakanları kimdir ki. Tarakanlar quduzlaşıb qırılacaqlar...hayes cartes

Eli 2023-09-05 16:46:11

Esrlerdir ermenileri rusun qucağında oturub özüne Azerbaycan türklerinin toroaqları hesabına dövlet qurublar,.Bunların kişiliyi budur:Rusiya. bir az zeifleyen kimi ondan ğz dönderib yeni “Qucaq”axtarırlar.Bunların Azerbaycandan kökleri kesilmelidir konkret.

MRP 2023-09-05 15:23:28

Peskov deyib ki Azərbaycandakı "sülhməramlılar" və Ermənistandakı Rusiya ordusu Qafqazda daimi qalacaqlar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol