Menu

“MƏMUR MƏSULİYYƏTSİZLİYİ PİK HƏDDƏDİR” – Deputat yeni nazirlik yaratmağı təklif edir

06.09.2023, 15:29
“MƏMUR MƏSULİYYƏTSİZLİYİ PİK HƏDDƏDİR” – Deputat yeni nazirlik yaratmağı təklif edir

Böyük Quruluş Partiyasının (BQP) başqanı, deputat Fazil Mustafa Azərbaycanda yeni nazirlik yaradılması təşəbbüsü ilə çıxış edib.

"AzPolitika.info” xəbər verir ki, millət vəkili bu barədə “Facebook” səhifəsində yazıb.

“Görünür Azərbaycanda problemlərin həlli üzrə ayrıca nazirlik yaradılmalıdır. Adı elə birbaşa Problemlərin Həlli Nazirliyi olsun” - deyə, BQP sədri qeyd edib.

F.Mustafa təklif edir ki, bütün nazirliklərin, dövlət komitələri, dövlət agentliklər öz yerində durur, ancaq onların həll etmədiyi adi, sadə, mümkün problemləri bu nazirlik həll edir: “Bu nazirliyə də əlahiddə səlahiyyət verilir ki, aldığı qərarlar qəti olur. Haqlılığı şübhə doğurmayan qərarlar fiziki və hüquqi şəxslərin işlərinin axsamaması, süründürməçiliyə görə dövlətdən narazı qalmaması üçün zəruridir. Baxın, bir orta məktəb müəllimi İsmayıllıdan gəlib ki, Koreyadan sifariş verib gətirdiyi maşını götürsün. Gömrükdən yaşıl kart almalıdır ki, aparıb DYP-yə təqdim etsin. Üç gündür gömrüyün qapısında gözləyir ki, inspektorun insafı gəlib onu yola salsın. Adam məktəbə də izah edə bilmir ki, bu səbəbdən gələ bilmir. Digər bir adam uşağını dövlətin bağçasına qoya bilmir. Yer yoxdur, növbəyə durmalısan deyib, süründürməçiliyə salırlar. Digər bir adam illərdir sənəd ala bilmir ki, bəs filan banka borcun var. Məhkəmə qərarı ilə sübut edir ki, heç bir borcum yoxdur, yenə də süründürməçiliyə salıb bir arayışı vermirlər. Hətta gedib həmən bankdan kredit borcu götürür və məlum olur ki, borcu yox imiş. Başqa biri tamamailə haqlı olduğu iş üçün məhkəməyə müraciət edə bilmir. Düşünür ki, vəkilə filan qədər pul ödəməliyəm, 6-7 ay məhkəmə instansiyaları arasında ayaq döyməliyəm, təminatım da yoxdur ki, xeyrimə qərar çıxarılacaq. Yaxşısı budur taleyimlə razılaşım. Başqası neçə ildir xarici müalicəyə gedə bimir ki, təyyarə bileti Gürcüstandan on dəfə bahadır. Yol bağlı olduğundan Gürcüstana da keçib oradan uça bilmir. Yüzlərlə bu sayaq vətəndaşın problemi həllini tapmır, halbuki elektron hökumət deyilən asanlaşdırıcı sistemdə bunları online formada vətəndaşa çatdırmaq mümkündür”.

Millət vəkili vurğulayır ki, əslində ASAN xidmətin yaradılması bu məsələlərdə vətəndaşın işini yüngülləşdirdi, ancaq onlara edilən çoxsaylı müraciətlərdən də görünür ki, adi və sadə problemlərin həlli mümkün olmur.

“İndi mən bəlkə də zarafatvari belə bir təklif verdim, ancaq dövlət qurumlarının bir çoxu ilə təmasda olan insanların iztirabı göstərir ki, durum gerçəkdən xoşagələn deyil. Adam bir qurumun həll etməli olduğu məsələ ilə bağlı on instansiyaya qəbula gedir, poçta o qədər vəsait xərcləyir, həm vaxt itkisinə, həm də maddi-mənəvi itkiyə məruz qalır. Məmur məsuliyyətsizliyi isə pik həddədir və bizlər də təsir göstərməkdə çətinlik çəkirik”, - F.Mustafa qeyd edib.

“AzPolitika.info”

Şərhlər

N.Seyfeli. 2023-09-07 14:39:19

Allahin ishine bax, demeli Azerbaycan parlamenti hell ede bilmediyi meseleleri hansisa bir qurum hell edecek? BerekAllah, mentiqe birbax! Niye mesele qaldirib demirsiniz ki, olkenin prokurorlugumu yox, mehkeme sistemimi yox,hara baxirlar?

dadaşyev 2023-09-07 11:00:20

Davamı;Özü də o nazirliyə hər rayon və şəhərdən bir namizəd seçilsin,Survivor yarışmasındakı kimi,məsəla,Muğan çölündə hərəsinə ayrı çadır quraşdırılsın və ehtiyac səbəti üçün təyin olunmuş 226 manatlıq yemək qoyulsun o çadırlara,bircə ay yaşasınlar o 226 manatlıq yeməklə.Üstəlik qaz-işıq-su pulu da onun 15 faizi qədər işlədilsin,yəni 36 manata yaxın.Bir aydan sonra qış yuxusundan oyanmış ayılar kimi bir dəri,bir sümük qalanda “Super keno” lotereyasındakı barabana 70 şarik qoyulsun,hər şarikin üstünə o namizədlərdən birinin adı yazılmaqla.Sonra barabanı fırlatsınlar,hansı şarik çıxsa,o namizəd də o nazirliyə nazir təyin olunsun.Çünki əgər 226 manatla bircə ay yaşayıb ölməyiblərsə,demək,hər hansı birinin nazir olmağa tam haqqı var.Çünki ehtiyac səbətinə millət nə alıb qoyursa,səbət dibinnən gilas tökülür.Həm də yalnız lototron üsuluyla bölgə məsələsindən birdəfəlik qurtulmaq olar.Başqa cür mümkün deyil.Amma bir şərtlə:gərək o lototronu fırladanlar və ekspertlər də elə o lototron üsuluyla seçilmiş olsunlar.Belə.Bu cür.

Türk Turan 2023-09-07 00:59:17

Fazil bəyə təşəkkür edirik, minnətdarıq. Allah hidayət və insaf versin bunlara. Amin!

dadaşyev 2023-09-06 23:49:24

Gözəl təklifdir,amma bu şərtlə ki,orada nazir mütləq bir ildən sonra dəyişsin,əgər getmək istəməsə ikisi əllərindən,ikisi ayaqlarından,biri başından yapışıb darta-darta çıxartsınlar kabinetdən,slujebnı liftnən aşağıya,birinci mərtəbəyə,oradan da əndamına bir təpik ki,ya Allah.Özü də təpiyi ayaqqabının altıynan vurasan ki,ayaqqabının altının tozlu şəkli həkk olsun şalvarına,yoxsa gedib tanışdan-bilişdən tapıb,ora-bura,90 yaşlı balaca və yumru kişilərə pul verib təzədən gəlib oturar kresloda.Əslində bir il də çoxdu,elə bircə ay bəsdi,çünki nə qədər cəld olsa da bir aya bütün qohum-əqrəbasını yığıb doldurammaz nazirliyə.Ay bitdi,getdin ee,sağ-səlamət,gedən qatarın arxasınca baxan köpəyoğludu.

Bəhram Cəfəri 2023-09-06 21:24:59

Aydın olur ki, Cənab Deputat və Milli Məclis üzvü dünyada geniş yayılmış müasir-tipik dövlət qurumlarından xəbərsizdir, Preziden Aparatı özünə aid nazirliklərlə Nəzarətçi, Nazirlər Kabineti öz nazirləri ilə bütün təsərrüfat-istehsal, daşıma, ixrac-idxal, maliyyə işlərinin təşkilatçısı və alt orqanları ilə icraçısıdır! Cəmiyyətlə, yerli əhali ilə İH, bələdiyyələr və d. ictimai təşkilatlar məşğul olur. Müstəsna MN, DİN, FHN və TN!!!

Tt 2023-09-06 21:02:39

Komruk ( avtomobil) her rayonda ayri ayri olmalidi ( insanlarda eziyyet cekmesin ! en azindan 2/3 rayona 1 kômrûk, Hiyyy ?

vətəndaş 2023-09-06 18:37:22

XALQ NƏZARƏTI KOMISSARLIQI və KONSTITUSIYANIN TAM ICRASINA NƏZARƏT KOMISSARI ,
dərhal yaradılmalıdır və tam müstəqil status ilə, hökmən müstəqil statuslu olmalıdır.
EFFEKTIV NƏTICƏ ALINAR və ÖLKƏDƏ ÖZBAŞINALIQA SON QOYULAR .

vətəndaş 2023-09-06 18:35:37

XALQ NƏZARƏTI KOMISSARLIQI və KONSTITUSIYANIN TAM ICRASINA NƏZARƏT KOMISSARI ,
dərhal yaradılmalıdır və tam müstəqil status ilə, hökmən müstəqil statuslu olmalıdır.
EFFEKTIV NƏTICƏ ALINAR və ÖLKƏDƏ ÖZBAŞINALIQA SON QOYULAR .

Cəmşid Dərələyəzli 2023-09-06 15:48:39

Məclisdə otuzdurulub Ölkədə mövcud olan məmur özbaşınalığının həllini bunda görən məclis üzvündən başqa nə gözləmək olar. Problemin həllinin nədən qaynaqlandığını kəsdirməyən məclis üyeleri zaman -zaman bax beləcə endabadə fikirləri ilə gündəmə gəlmək istərlər.. Çünki, gündəmlik ne bir ağıllı fikirləri, nə də bir fəliyyətləri var onların.

Moranli 2023-09-06 15:38:45

nazarata nazarat!

zohrab 2023-09-06 15:32:51

Fazil m tam haqlidir bu qeder olmaz artiq memur ozbasnaligi pik heddedir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol