Menu

"PAŞİNYAN BUNUN ÜÇÜN SƏRHƏDDƏ MÜHARİBƏ TÖRƏDƏCƏK" - İşxanyan açıqladı

08.09.2023, 19:00
"PAŞİNYAN BUNUN ÜÇÜN SƏRHƏDDƏ MÜHARİBƏ TÖRƏDƏCƏK"  - İşxanyan açıqladı

“Paşinyan məqsədlərinə nail olmaq üçün müharibə törədir. 2020-ci ildə onun yaratdığı müharibənin məqsədi Qarabağdan xilas olmaq idisə, indi törədəcəyi müharibənin məqsədi KTMT-dən çıxmağa hesablanıb”.Bu barədə erməni ekspert Avetik İşxanyan sərhəddə baş verən gərginlik və ABŞ-Ermənistan hərbi təlimləri haqqında danışarkən deyib.


Onun sözlərinə görə, 2022-ci ilin sentyabrında ikigünlük (13-14 sentyabr) müharibə anti-Rusiya mövqeyini gücləndirmək və KTMT-dən çıxmağa hesablanmışdı: “Paşinyan öz məqsədinə nail olmaq üçün insan həyatını qurban verir, 2020-ci ildə də bunu etdi, 2022-ci ildə də. İndi də eyni şeylər təkrarlanır. ABŞ-Ermənistan təlimləri də məhz anti-Rusiya prosesinin tərkib hissəsidir”.

Erməni ekspert son günlər İrəvan-Moskva xəttində baş verən gərginliyə diqqət çəkib. Qeyd edib ki, hər şey hazır ssenari üzrə davam edir.//Publika.az 

Şərhlər

Cəmşid Dərələyəzli 2023-09-08 11:23:50

Sanıram ermənilərin bu dəfəki təxribatı, sərhəddə olacaq və Azərbaycanı öz içərilərinə çəkməyə cəhd edib KTMT- kömək etməməkdə günahlandırıb, sonrada KTMT-dən çıxmaq məsələsini qoyacaqlar. Məqsədləri Zelenski kimi Rusiyadan qopub, Qerbe üz çevirməkdir. O qərb ki, öncəkiləri Zelenski və Saakaşvilini xoşbəxt ediblər. bir də, gerizəkalıar hayla anlamırlar ki, bütöv "ermənistanın" tapusu Rusiyanın adınadır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol