“Space X” şirkətinin sahibi, amerikalı milyarder İlon Mask bildirib ki, o, Ukrayna ordusunun Rusiya tərəfindən işğal edilmiş Krım ərazisində “Starlink” peyklərinə girişini məhdudlaşdırmayıb, çünki peyklər yarmada ərazisində aktivləşdirilməyib.
"Space X” heç nəyi deaktiv etməyib" - deyə, Mask "X" (Tvitter) hesabında yazıb.
Mask Ukrayna rəsmilərinin ona “Starlink”i Sevastopol qədər aktivləşdirmək üçün təcili sorğu göndərdiyini, lakin o, bundan imtina etdiyini təsdiqləyib.
"Aydındır ki, məqsəd Rusiya donanmasının əksəriyyətini limanlarda batırmaq idi. Əgər mən onların tələbi ilə razılaşsam, “Space X” böyük bir müharibəyə səbəb olacaq eskalasiya aktında iştirak edəcəkdi", - Mask iddia edib.
Bir gün əvvəl CNN bildirmişdi ki, Mask keçən il gizli şəkildə Ukrayna ordusunun su üstü dronlarla Sevastapolda Rusiyanın Qara dəniz donanmasına hücumunun qarşısını almaq üçün Krım bölgəsində “Starlink” peyk rabitəsinin bağlanmasını əmr edib. Telekanal bunu sentyabrın 12-də milyarder haqqında ABŞ-da nəşr olunacaq bioqrafik kitaba istinadla xəbərləyib. Kitabı məşhur bioqrafik yazıçı Valter İsaakson tərəfindən yazılıb.
Maskın tərcümeyi-halının müəllifi bildirib ki, milyarder Rusiya hərbçilərinin Qara dəniz donanmasına qarşı kütləvi hücuma nüvə zərbəsi ilə cavab verə biləcəyindən ehtiyat etdiyi üçün şirkətinin mühəndislərinə rabitəni kəsməyi əmr edib. İddia edilir ki, Mask Rusiyanın yüksək rütbəli nümayəndələri ilə ünsiyyətdən sonra bunun mümkün olduğu qənaətinə gəlib.
İddialara görə, Ukrayna nümayəndələri milyarderi qərarını dəyişməyə inandırmağa çalışsalar da, o, öz mövqeyindən dönməyib.
“Starlink insanların “Netflix”ə baxa bilməsi, dincəlməsi, məktəbdə internetə qoşulması, dinc işlərlə məşğul olması üçün yaradılıb, dron zərbələri endirmək üçün yox!” - Mask kitabın müəllifinə deyib.
CNN vurğulayır ki, İsaaksonun yazdıqlarının müstəqil mənbələrdən təsdiqi yoxdur. Keçən il Ukrayna hərbçilərinin cəbhə xəttində “Starlink” rabitəsində üzləşdikləri problemlər barədə dəfələrlə xəbərlər yayılmışdı.
Ukrayna Prezidentinin müşaviri Mixailo Podolyak Maskın dediklərini təsdoqləyib. Bildirib ki, Ukrayna pilotsuz təyyarələrinin Rusiya hərbi donanmasının bir hissəsini məhv etməsinə icazə verilməyib.
“Bununla İlon Mask bu donanmaya Ukrayna şəhərlərini “Kalibr” raketləri ilə atəşə tutmağa icazə verib, nəticədə mülki şəxslər və uşaqlar ölür”, - Podolyak yazıb.
“AzPolitika.info”


Şərhlər
" AzPolitika.info " : Ukrayna Prezidentinin müşaviri Mixailo Podolyak Maskın dediklərini təsdoqləyib. Bildirib ki, Ukrayna pilotsuz təyyarələrinin Rusiya hərbi donanmasının bir hissəsini məhv etməsinə icazə verilməyib.
“Bununla İlon Mask bu donanmaya Ukrayna şəhərlərini “Kalibr” raketləri ilə atəşə tutmağa icazə verib, nəticədə mülki şəxslər və uşaqlar ölür”, - Podolyak yazıb
HAAQA HERBI TRIBUNAL - da Ilon Mask HEBS OLUNMALIDIR, MUTLEQ !!!