Ələt-Astara-İran avtomobil yolunun bir hissəsinin əsaslı təmirinə 7 milyon manat ayrılıb.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun (M-3) 217-ci kilometrdən 243-cü kilometrədək olan hissəsinin əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 7 milyon manat ayrılıb.


Şərhlər
Bu yol mğeyyen derecede Zengezur dehlizinin açılmadın mane yaradır.Halbuki sövet döneminde
Elet-Culfa demir yolundan daşınan yüklerin 90% İranın,6% Ermenşstanın,3% ise Naxçıvan MSSR payına düşürdü.