Menu

Azərbaycan nefti 6%-dək bahalaşıb

11.09.2023, 10:56
Azərbaycan nefti 6%-dək bahalaşıb

Ötən həftə ərzində (4 – 8 sentyabr) dünya bazarlarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 96,058 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 5,058 dollar və ya 5,56% çoxdur.

Həftə ərzində ən yüksək göstərici (V gün) – 97,06 dollar təşkil edib, ən minimal göstərici (I gün) isə 94,63 dollar səviyyəsində olub.

Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” nefti 44,6% bahalaşıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol