Avropa İttifaqı Rusiyanın Ukraynaya qarşı apardığı müharibəyə görə sanksiya tətbiq edilənlər siyahısına daxil etdiyi 3 nəfərə qarşı tədbirlərin müddətini uzatmayacaq.
"AzPolitika.info" “Reuters”ə istinadla xəbər verir ki, “qara siyahı”dan çıxanlar arasında azərbaycanlı milyarder Fərhad Əhmədov da var.
Mövcud məhdudlaşdırıcı tədbirlər bu həftə başa çatır. Sanksiyalardan “xilas olan” şəxslər Putinə yaxın iş adamı Qriqori Berezkin, milyarder Fərhad Əhmədov və Rusiyanın elektron ticarət şirkəti olan "Ozon"-un keçmiş rəhbəri Aleksandr Şulqindir.
Aİ altı aydan bir yenilənən sanksiyaların tətbiqi üçün 27 üzv dövlətin hamısının yekdilliyini tələb edir. Növbəti partiyanın müddəti sentyabrın 15-də başa çatır.
Qeyd edək ki, bir neçə ay əvvəl Fərhad Əhmədovun səs yazısı yayılmışdı. Dostu ilə telefon söhbətində azərbaycanlı milyarder Rusiya rəhbərliyinin Ukraynaya qarşı apardığı müharibəni “mənasız” adlandırmışdı.
Rüfət
"AzPolitika.info"


Şərhlər