Xəbər verildiyi kimi, ötən gecə Ukrayna Silahlı Qüvvələri Krım yarımadasındakı Sevastopol şəhərində yerləşən limana güclü zərbə endirib. Rusiya Müdafiə Nazirliyi buradakı Orconikidze adına gəmiqayırma zavoduna qanadlı raketlərlə hücum olunduğunu bildirib. Qurumun bildirdiyinə görə, nəticəsdə Rusiyanın Qara Dəniz Donanmasının iki pilotsuz gəmisi zərbə alıb. Hava hücumundan müdafiə sistemləri yeddi qanadlı raketin vurulduğunu açıqlayıb.
Sevastopol şəhərinin meri Mixayıl Razbojayev bildirib ki, 24 nəfər xəsarət alıb. Onlardan dördünün vəziyyəti ağır qiymətləndirilir.
Lakin hadisə yerindən çəkilən videogörüntülər və müstəqil mənbələrin verdiyi məlumatlar həmişəki kimi, reallığı gizlətməyə çalışan Rusiya Müdafiə Nazirliyinin açıqlamalarından ciddi şəkildə fərqlənir.

Rusiyanın “Baza” telegram kanalı bildirir ki, hücum zamanı zavoda böyük ziyan dəyib. 26 nəfər yaralanıb, iki nəfərsə həlak olub. Bununla yanaşı, “Rostov na donu” dizel-elektrik sualtı qayığının və “Minsk” desant gəmisinin yandığı qeyd olunur. Bu gəmilər zavodda təmirə dayanıbmış.

Ancaq güclü zərbə təkcə bu gəmiləri məhv etməyib. Müstəqil mənbələr həmçinin “Ropuça” adlı böyük desant gəmisinin və “Kalibr” raketlərinin daşıyıcısı olan “KİLO” sualtı qayığının da ciddi xəsarətlər aldığını bildirirlər. Bu gəmilərin dünən səhər Sevastopol limanına daxil olduğu və bunun peyklər vasitəsilə qeydə alındığı qeyd olunur.
BSF: SEVASTOPOL
— MT Anderson (@MT_Anderson) September 13, 2023
0.5M from 12 Sep 2023 (07:35UTC) of Sevastopol. Let's see what the daylight brings but as of the morning of the 12th, a few key vessels in port
Admiral Makarov (Grigorovich Class)
Pr 21631 Buyan-M
Ropucha Class
...and in dry dock
1x Ropucha and 1x KILO pic.twitter.com/k5luffhdvd
Ukrayan tərəfi hələlik bu hücum barədə hər hansı açıqlama verməyib. Yalnız o vurğulanıb ki, həmin gün Rusiya yenidən Odessa limanına PUA-larla və raketlərlə hücum edib. Belə görünür ki, Ukrayna tərəfi də həmin hücuma bu şəkildə cavab verib.
Qeyd edək ki, Sevastopola effektiv hücum zamanı Putin Uzaq Şərqdə Şimali Koreya başçısı ilə görüş keçirirdi...
Additional footage of the already burning Sevastopol Shipyard drydocks taking another Ukrainian missile hit earlier this morning. pic.twitter.com/XMuGwDmkpQ
“AzPolitika.info”

Şərhlər