QURTULUŞ GÜNÜN MÜBARƏK, BAKI! - Bakı Fatehi Nuru Paşanın qürur duyduğu, Türk Ordusunun sınanılmış əsgəri Mürsəl Paşa kimdir?

Ramazan SİRACOĞLU

Qədirbilən soydaşlarımızın yaddaşında Bakını bolşevik cildinə girmiş azğın daşnakların qanlı caynaqlarından qurtaran şanlı xilaskarların ilk sırasında Mürsəl Paşanın da (1881-1945) əziz xatirəsi yaşamaqdadır. 

1918-ci ildə Bakını erməni daşnaklarının və onların havadarlarının işğalından qurtaranlar arasında olmuş, şəxsi şücaəti ilə azərbaycanlıların qəlbini fəth etmiş Mürsəl Paşa rəsmi olaraq özünə Bakü nisbəsini götürmüş və bundan qürur duymuşdur. Adətən, şairlər yaşadıqları yeri özlərinə nisbə kimi götürürlər. Məsələn: Mücirəddin Beyləqani, Xaqani Şirvani, Nizami Gəncəvi, Cəlaləddin Rumi, Xətib Təbrizi v.b. 

Bu yazıda məqsədimiz o unudulmaz günlərin iştirakçılarını, ümumi qələbəmizin səbəbkarlarını bir daha minnətdarlıqla xatırlamaq və parlaq zəfərimizin memarlarından olmuş unudulmaz Mürsəl Paşa haqqında oxuculara məlumat verməkdir. 

28 may 1918-ci ildə müstəqilliyini elan edən Azərbaycan Demokratik Cümhuriyyətinin rəsmiləri (M.Ə.Rəsulzadə və H.Hacınski) 2 iyun 1918-ci ildə Osmanlı dövlətinin Hərbiyyə Naziri Ənvər Paşadan Azərbaycana hərbi yardım göstərməsini xahiş etmişdilər. Azərbaycan Demokratik Cümhuriyyəti ilə Osmanlı dövləti arasında 4 iyun 1918-ci ildə Batumda bağlanan müqavilənin 4-cü maddəsi (“Daxili sabitliyi təmin etmək və milli müstəqilliyi qorumaq üçün Osmanlı dövləti Azərbaycan Demokratik Cümhuriyyətinin istəyi ilə ona hərbi yardım göstərməyi təəhhüd götürür” maddəsi) Osmanlı dövlətinə qardaş Azərbaycana yardım göstərməyə hüquqi əsas verdi. Hadisələri diqqətlə izləyən və Osmanlı dövlətinin Azərbaycana hərbi yardım niyyətindən əndişələnən Almaniya, Rusiya və İngiltərə dərhal hərəkətə keçmişdi. Osmanlı dövləti Almaniya və Rusiyanı sakitləşdirmək, sabiq və yeni müttəfiqini arxayınlaşdırmaq üçün təşkil olunan hərbi birləşmənin adını Qafqaz İslam ordusu adlandırmışdı və bu ordunun Osmanlı dövləti ilə əlaqəsi olmadığını bəyan etmişdi. Bu zaman Azərbaycana yardım edəcək yüksək rütbəli ordu mənsubları arasında ərzurumlu Mürsəl Paşaya xüsusi diqqət göstərilmişdir. O zamanın qərargah rəisi olmuş Vehib Paşa İstanbula, Hərbiyyə Naziri Ənvər Paşaya göndərdiyi teleqramda belə yazmışdı: “Azerbaycan Hükümetinin yardım isteğini kabul ederek en cesur ve kabiliyetli, yüksek askeri değere sahip, şimdiye kadar şan ve şerefle kendisini kanıtlamış Beşinci Kafkas Tümeni yardım için Albay Mürsel Bey komutasında yola çıkardık.” ( Bax: Nasir Yüceer, Birinci Dünya Savaşı’nda Osmanlı Ordusu’nun Azerbaycan ve Dağıstan Harekatı, Ankara ,1996, s. 75). 

Azərbaycan Demokratik Cümhuriyyətinin paytaxtı Bakı şəhərini daşnaklardan qurtarmaq vəzifəsini yerinə yetirməyə gələn Qafqaz İslam Ordusuna Mürsəl Paşanın komandanlığı ilə hərbi dəstək verən Beşinci Qafqaz diviziyasınında toplamda 6 minə yaxın əsgər, 257 zabit döyüşmüşdür. Bunların arasında minbaşı (mayor) Cəmil Cahid bəy, yarbay (polkovnik-leytenant) Osman bəy, minbaşı Ahmed Rıza bəy və minbaşı Zihni bəy hərbi zəkaları və şəxsi şücaətləri ilə xüsusiilə fərqlənirdilər. Ənvər Paşa Bakının daşnaklardan ən qısa zamanda azad edilməsində çox israrlı idi. Bu məqsədlə o, 17 iyun 1918-ci il axşamı xüsusi şifroqramla Mürsəl Paşaya komandan olduğu Beşinci Qafqaz diviziyasına Göyçay istiqamətindən hücuma keçmək əmrini verdi. Ənvər Paşanın belə əmr verməsinə səbəb 16 iyun 1918-ci ildə 10-cu Qafqaz alayının Müsüslü məntəqəsində Şilyan gölü civarında daşnakların pusqusuna düşməsi nəticəsində ciddi itkilərə məruz qalması olmuşdur (Bax: Yaşar Ertürk, “Kafkas İslam Ordusu’nun Azerbaycan Harekatı”, Türk Dünyası Araştırmaları Dergisi, sayı 186, Haziran, 2012, s.104-105).

20 iyun 1918-ci ildə Göyçaya gələn Mürsəl Paşa mövcud vəziyyətlə diqqətlə tanış olduqdan sonra daşnaklara həlledici zərbə vura bilmək və toparlanmaq üçün Nuru Paşadan bir neçə gün möhlət istəyir. Məsələ burasındadır ki, həmin vaxt Mürsəl Paşanın sərəncamında cəmi 5227 əsgər vardı, düşmən tərəfin isə 10 mindən çox silahlı döyüşçüsü, iki zirehli qatarı, xeyli miqdarda pulemyotu, topu, minaatanı vardı. Professional hərbçi və bacarıqlı komandan Mürsəl Paşa risqə getməmək və mümkün qədər az itki verməklə zəfər qazanmaqda mahir idi. Qarşı tərəfin bütün təchizat və psixoloji potensialını dəqiq müəyyənləşdirməyi çox sevən Mürsəl Paşa hərbi kəşfiyyata çox önəm verirdi. Cəbhədə yaranan sakitlikdən yararlanaraq komandanlıq Mürsəl Paşanın Beşinci Qafqaz diviziyasına əlavə qüvvələr cəlb etmişdi. 28 iyun 1918-ci ildə dan yeri qızaranda amansız döyüşlər təkrar başladı. Mürsəl Paşanın öncədən təklif etdiyi taktika ilə döyüşən türk əsgərləri günortadan sonra məqsədyönlü şəkildə tədricən geriyə çəkilməyə başladılar. Daşnaklarda elə təsəvvür yarandı ki, türk əsgərlərinin hərbi sursatları, xüsusən də top mərmiləri tükənmişdir. 28 iyun 1918-ci ilin axşam saatlarında Mürsəl Paşanın əsgərləri Göyçay istiqamətində xeyli geri çəkilmişdilər. 29 iyun 1918-ci ilin səhər saatlarında türklərin geri çəkilməsindən ruhlanan daşnaklar Göyçayı tamamilə ələ keçirmək xəyalına düşmüşdülər. Eyforiyadan sayıqlıqlarını itirmiş olan daşnaklar Qaraməryəmdə hücum əmrinə müntəzir 25-ci taburun, Göyçayda lazımı anda sarsıdıcı zərbə endirəcək minbaşı Ahmed Hamdinin müsəlləh taburunun varlığından xəbərsiz idilər (Bax: Rüştü Türker, Birinci Dünya Harbinde Bakü Yollarında 5. Kafkas Tümeni; Ankara, 2006, s.47).

30 iyun 1918-ci ildə səhər saat 6.30-da Mürsəl Paşanın əmri ilə geniş cəbhə boyu hücum başladı. Sürəkli artilleriya atəşlərindən sonra şanlı türk əsgərləri — piyadalar və süvarilər, düşmən mövqelərinə şığıdılar. Türk ordusunun genişmiqyaslı qəfil hücumunun qarşısında duruş gətirə bilməyən daşnaklar böyük itkilər verərək qaçmağa başladılar. Mürsəl Paşanın hərbi zəkası, türk əsgərlərinin şücaəti nəticəsində, sözün əsl mənasında, düşmənin beli qırıldı. Göyçaydan qovulan daşnaklar Kürdəmir-Ağsu istiqamətində mövqelənərək Müzəffər Türk Ordusunun Bakıya irəliləyişini durdurmaq istəyirdilər. Komandan mirliva Nuru Paşa 5-ci Qafqaz diviziyasının başçısı Mürsəl Paşaya aşağıdakı məzmunda əmr vermişdi: “On üçüncü Qafqaz alayı 7 iyul gecesi Ağsudan hereket ederek Hasan bey bölüyünü de tabeliyine alaraq Kürdemire hücum edecekdir. Onuncu Qafqaz alayı da bütün gücü ile Şamaxını ele geçirmek üçün sabah erkenden herekete keçecekdir. Müsüslü bölüyü 13-cü Qafqaz alayı ile sıx temas quraraq, başlanğıcda yayındırıcı manevrlerle düşmenin 13-cü Qafqaz alayına qarşı hücuma keçmesinin qarşını alacaqdır.” Mürsəl Paşanın qəhrəman əsgərlərinin hücumu qarşısında duruş gətirə bilməyən erməni hərbi birlikləri 10 iyul 1918-ci ildə Kürdəmir-Ağsu cəbhəsindən qaçmağa məcbur oldular. Şanlı Türk Ordusunun Bakıya gəlməsini nə Almaniya, nə Böyük Britaniya, nə də Rusiya istəyirdi. Osmanlı rəsmiləri Rusiyanın xarici işlər naziri Q.Çiçerinə və onun Almaniyadakı həmkarına Nuru Paşanın komandan olduğu Qafqaz İslam Ordusu ilə heç bir bağlılıqlarının olmadığını bildirsələr də, buna nə ruslar, nə də almanlar inanırdı.

Osmanlı dövlətinin sədrəzəmi (baş naziri) Tələt Paşa Rusiya xarici işlər naziri Q.Çiçerini əmin etmişdi ki, türklər Bakını ilhaq etməyə gəlmirlər, orada asayişi bərpa etdikdən sonra yenidən geri qayıdacaqlar. Bu səbəbdən də Moskvadan gələn təlimata əsasən Bakı Xalq Komissarları Soveti ingilis generalı L.Denstervilə Bakıya gəlməyə rəsmi icazə verməmişdi. Buna baxmayaraq, S.Şaumyan və A.Mikoyan gizlində ingilis generalına teleqraflar vurur, nəyin bahasına-olursa olsun onu türklərin Bakıya gəlişinin qarşısını almağa çağırır və ona əllərindən gələn bütün köməyi edəcəklərini yazırdılar (Bax: History of the Great War, pp. 103-104).

Osmanlıların Bakıya gəlişinin qarşısını almaq üçün Böyük Britaniya da təcili qəti tədbirlərə əl atmışdı. General L.Denstervilin komandanlığı altında “Dunsterforce” adlanan hərbi kontingent Sentrokaspi adlanan oyuncaq hökumətin dəvəti ilə Bakıya yeridilmişdi. 1918-ci ilin yay aylarında Bakı şəhəri beynəlxalq güclərin mənafelərinin toqquşduğu meydana çevrilmişdi. Bütün hüquqi və hərbi maneələrə, erməni daşnak quldurlarının fitnə-fəsadlarına baxmayaraq, Qafqaz İslam Ordusu inamla Bakıya, qan qardaşlarının xilasına doğru hərəkət edirdi. Ermənilərə yardıma gəlmiş “Dunstetforce” mənsublarından biri bu hadisəni bu şəkildə qələmə almışdır: “Belə görünürdü ki, bölgəni tamamən nəzarət altına almaq işində türkləri heç nə saxlaya bilməzdi. Türklərin hər yeri öz nəzarət altına almalarına azərbaycanlı müsəlmanlar çox sevinirdilər və onlara hər hansı bir müqavimətin əleyhində idilər. Ermənilər isə bunun mümkünlüyü qorxusundan çökmüş, perik düşərək türklərə heç bir duruş gətirə bilmirdilər” (Bax: Ludcndorff, My war memories, II v., p. 659). General L. Denstervilin sözlərinə görə, 26 iyul 1918-ci ildə Bakı Xalq Komissarlığının süqutundan sonra onun yanına gəlmiş erməni milli şurasının Bakı təmsilcisi Araratyants adlı bir nəfər ingilis hərbi kontingentinin azsaylı olmasından (ingilislər 1500 nəfərlik hərbi birliklə gəlmişdilər-R.S.) çox məyus olmuş, yağlı dilini işə salıb hər vasitəylə onu Bakıya əlavə hərbi qüvvələr gətirməyə razı salmağa çalışırmış. Aydın görünür ki, ermənilər 1918-ci ilin mart ayındakı əməllərinə görə cəzalandırılmaq vahiməsindən nə edəcəklərini bilmirlərmiş. İngilis generalı onu türklərə qarşı təhrik və təşviq etməyə çalışan erməni Araratyantsa “türklərlə siz özünüz vuruşmasanız, biz heç nə edə bilmərik” deyib. (Bax: The adventures of Dunsterforce, p. 216).

Hərbiyyə naziri Ənvər Paşadan Bakını daşnak-bolşevik əsarətindən ən qısa zamanda qurtarmaq əmri alan Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa 8 sentyabr 1918-ci ildə əfsanəvi Çanakkalə diviziyası ilə birlikdə döyüşlərin mərkəzi və kilid nöqtəsi olan Şərq cəbhəsinə gəldi. Nuru Paşanı igamətgahında ziyərət edən Mürsəl Paşa türk əsgərlərinin Qurd qapısı, Biləcər, Binəqədi, Yanardağ, Sabunçu və Balaxanını tam nəzarətdə saxladıqları barədə raport verdi. Bakı cəbhəsinin o vaxt ümumi uzunluğu 29 km. imiş və bunun da 13 km.-i dağlıq, təpəlik və qayalıq yerlər olduğundan Sentrokaspi “strateqləri” və daşnaklar o ərazilərdən türklərin hücum edə biləcəyini güman etmirdilər. Lakin Nuru Paşanın qəhrəman əsgərləri Mürsəl Paşanın komandanlığı altında məhz az ehtimal olunan yerlərdən hücum edərək 1918-ci ildə 13 sentyabrdan 14 sentyabra keçən gecə şəhərə hakim Bibiheybət və Badamdar yüksəkliklərini tutmağa nail olmuşdular.

Türklərin şəhərə girməsinin an məsələsi olduğunu anlayan S.Şaumyan və quldur bandası lap əvvəlcədən qarət etdikləri əşyaları 13 katerə yükləyib Bakıdan qaçmışdılar. Onlardan heç nə ilə fərqlənməyən Sentrokaspi “liderləri” də fərarilik üçün girəvə axtarırdılar. Ağqvardiyaçı Biçeraxovun və Dokuçayevin kazak dəstələri, Korqanovun muzdluları Osmanlının zərbindən darmadağın olmuşdular. Bu hadisələrin bilavasitə iştirakçısı və Qafqaz İslam Ordusuna qarşı döyüşlərin komandanı olmuş general L.Denstervil dərk edir ki, qorxaq erməni başıpozuqlarına güvənib türklərin qarşısını almaq nəzəri və praktik baxımdan imkansızdır. O anda ingilis generalı bu hərəkata başlayandan bəri, bəlkə də, ən doğru qərar qəbul edir: ingilis qüvvələri təcili olaraq Bakını tərk etməlidirlər. Həmin məqamı L. Denstervil özü xatirələrində belə təsvir etmişdir: “Yer üzündə heç bir güc Bakını TÜRKlərdən qurtara bilməz. Müdafiəni davam etmək fəlakət anını ancaq gecikdirməkdir, lüzumsuz yerə insan həyatına bais olmaq deməkdir.” İngilislərin Bakını tərk etmək haqqında qərarını duyan ermənilər şivən qoparırdılar ki, biz şəhərdən qaçıb gedənə kimi Bakıdan çıxmayın. Yoxsa türklər şəhərə girən kimi yerli əhali bizim dərimizə saman təpəcək. İngilis generalı da onlara ürək-dirək verir ki, arxayın olun, amma yubanmayın. Bizim türklərə qarşı savaşmağa nə yetəri gücümüz, nə də həvəsimiz var. Geciksəniz, özünüzdən küsün.

14 sentyabr sübh saat 4-də türk artilleriyasının sürəkli və şiddətli yaylım atəşi yeri-göyü titrətdi. Zorla səngərdə dayanmağa məcbur edilmiş ermənilər qaçıb gizlənməyə yer tapa bilmirdilər. Onlar ingilisləri beynəlxalq məhkəməylə qorxudur, Biçeraxovu hədələyir, Dokuçayevi söyür, Şaumyana lənətlər yağdıra-yağdıra gücləri gəldikçə şəhərin mərkəzinə doğru qaçır, özlərini İrana, Ənzəliyə, Dərbəndə, Krasnovodska gedəcək gəmilərə yetirməyə çalışırdılar. Sanki mart ayında Azərbaycan türklərinə qənim kəsilən, silahsız insanlar qarşısında kəkələnənlər bunlar deyilmiş. Mərkəzi komandanlıqdan hücuma keçmək əmri alan Mürsəl Paşa öz tabeliyində olan hərbi birliklərə 1918-ci ilin 13 sentyabr gecəsi 75 saylı əmri imzaladı: “Allah'ın yardımıyla, yarın sabah Bakû'ye giden yol arasındaki sarı parlak kilise kulesi genel istikametinde Bakû'ye karşı taarruz harekâtına başlanacaktır” (Bax: Rüştü Türker, Birinci Dünya Harbinde Bakü Yollarında 5. Kafkas Tümeni; Ankara, 2006, s.193). Xatırladaq ki, “sarı parlak kuleli kilise” dedikdə Bakıdakı indiki Əhməd Cavad və Zərgərpalan küçələrinin kəsişdiyi məkanda bir zamanlar mövcud olmuş, o zamanlarda camaat arasında “Qızıllı kilsə” kimi tanınan, 1936-cı ildə dağıdılmış Aleksandr Nevski kafedralı nəzərdə tutulurdu.

Bakını işğal altında saxlamağa çalışan ermənilərin birinci müdafiə səddini yarmaq tapşırığı almış 9-cu və 56-cı alaylar gecə saat 3.30 sularında ağır silahlar tətbiq etmədən Heybət-Biləcəri xəttini nəzarət altına aldılar. Səhər erkən, təxminən saat 6-da 56-cı alay daşnakların ikinci müdafiə səddini də darmadağın etdi. 56-cı türk alayının qarşısında pərən-pərən düşmüş erməni, rus və ingilis silahlıları gücləri gəldikcə şəhərin mərkəzinə doğru qaçırdılar. 14 sentyabr 1918-ci ildə təqribən saat 16-da Bakı şəhəri qəhrəman türk əsgərləri tərəfindən tam mühasirəyə alınmış, bütün strateji əhəmiyyətli yüksəkliklər MEHMETCİKLƏRin nəzarəti altına düşmüşdü. Türk əsgərlərinin hücumundan ağlını itirmək dərəcəsinə çatmış başıpozuq daşnaqları heç bir güc, söz və söyüş səngərdə tuta bilmirdi. Vahimədən gözləri hədəqəsindən çıxmış erməni silahlıları gücləri gəldikçə “Turkeri qalis yen- Türklər gəlirlər!”- deyə çığırırdılar. Oradan-buradan gəlib Bakıya daraşmış, müxtəlif yerlərdə kompakt məskən salmış “mülki” ermənilər də səngərdəkilərdən heç geri qalmırdılar. Evdə hazır tutduqları boğçaları qoltuqlarında can hövlüylə limana tərəf yüyürürdülər. “Limana doluşmuş ermənilər vahimə içində qaçıb qurtulmağa çalışırdılar” (Bax: Alex Marshall. The Caucasus Under Soviet Rule, s. 96).

1918-ci ilin 14 sentyabr axşamının qaranlığını fürsət bilən ingilis hərbi birləşmələri də şəhəri tərk etdilər. O gecə son ümidlərini də itirən ermənilər də yoxa çıxdılar. Elə bil hamısını əcəl almış, yer gizləmişdi.

15 sentyabr 1918-ci ildə səhər saat 8.30-da üstündə İran bayrağı və bir də ağ bayraq olan avtomobil Mürsəl Paşanın qərargahına gəldi. Avtomobildə İran konsulu və daşnakların komandanı oturmuşdular. Onlar Mürsəl Paşaya şəhərdə qalmış ermənilərin təslim şərtlərini açıqlamaq üçün gəldiklərini bildirmişdilər. Mürsəl Paşa bu məlumatı mərkəzi komandanlığa, mirliva Nuru Paşaya çatdırmışdı: “İran Konsolosu ile Bakü Cephesi Komutanından oluşan bir heyet gelmiştir. Bunlar, şehrin ve şehre sığınan düşmanın teslim şeklini kararlaştırmak üzere; İran, Amerika, İsveç, Danimarka konsoloslarıyla, İngiliz Komutanından ve Baku Hükümetinden oluşan bir heyetin yanıma gelmelerine izin verilmesini ve beraberlerinde de bizden birinin bulunmasını teklif ettiklerinden, delegeleri getirmek üzere, Tümen Kurmay Başkanı Yüzbaşı Rüştü'yü gönderdim. Şehre girmek yasaklanmıştır. Şehir içindeki asayişin sağlanması için 56’ncı Alay görevlendirilmiştir” (Bax: Rüştü Türker, Birinci Dünya Harbinde Bakü Yollarında 5. Kafkas Tümeni; Ankara, 2006, s. 204).

Qafqaz İslam Ordusunun komandanı mirliva Nuru Paşanın diktəsi ilə Mürsəl Paşa məğlub erməni daşnaklarına 5 tələb irəli sürmüşdü:

1. Bakı qeydsiz, şərtsiz dərhal təslim ediləcəkdir. 

2. Bakıdakı erməni daşnakların tamamı təslim olacaqdır. 

3. Bütün növ silahlar, sursatlar, Azərbaycan dövlətinə aid bütün əşyalar, mülklər, maddi və mənəvi sərvətlər təhvil veriləcəkdir. 

4. Nargin ( Böyük Zirə) adasında saxlanılan türk, alman və Avstriya mənşəli əsirlərin hamısı təhvil veriləcəkdir. 

5. İşğalçı daşnaklara aid bütün cəbbəxana, avtomobil, zirehli maşınlar, təyyarə və ərzaq təhvil veriləcəkdir.

Şil-küt edilmiş erməni tərəfi qalib türk ordusunun komandanının bütün tələblərinə dərhal yerinə yetirmiş və təslim aktını imzalamışdır.

15 sentyabr 1918-ci ildə səhər saatlarında komandan Nuru Paşanın müzəffər Qafqaz İslam Ordusu onların pişvazına çıxmış qədirbilən Azərbaycan xalqının minnətdarlıq dolu alqışları və duaları ilə şəhərə daxil oldu. Azərbaycan Demokratik Cümhuriyyətinin istəyi və Hərbiyyə Naziri Ənvər Paşanın böyük təşəbbüsü ilə rəşadətli Nuru Paşanın komandanlığı altında Azərbaycana gəlmiş qardaş türk ordusu Mürsəl Paşa kimi bacarıqlı komutanların şəxsində zəfər dolu şanlı hərb salnaməmizə yeni parlaq səhifə yazmışdır. 2020-ci ilin sentyabr-noyabr aylarında müzəffər Azərbaycan Ordusu eyni bacarıq və şücaətlə erməni düşmənləri məlikləndikləri ərazilərdən qovdu, əzəli torpaqlarımızı azğın yağılardan təmizlədi.

Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsi Azərbaycan torpaqlarına göz dikən bütün dövlətlərə ciddi və qətiyyətli xəbərdalıqdır: “BİR GECE ANSIZIN GELEBİLİRİZ!”

Müxtəlif dilli, müxtəlif dinli, müxtəlif məkanlı olsalar da, xəbis niyyətləri eyni olan bütün düşmənlərimiz çox yaxşı anlayırlar ki, Ənvər Paşa, Nuru Paşa, Mürsəl Paşa kimi şərəfli sələflərin Polad kimi, Mübariz kimi, Fərid kimi on milərlə çox layiqli, dəyanətli xələfləri vardır. Torpaqlarımızın bütünlüyü uğrunda şəhid olanlara rəhmət, vətən naminə canından keçməyə hazır olanların hamısına uğurlar olsun.

QURTULUŞ GÜNÜN MÜBARƏK, DOĞMA BAKI!

Şərhlər

Şahin 2023-10-09 16:58:14

Bəy təhlilli araşdırmaya görə minnətdaram.Razıyam ki bunu tək Floralar yox digərləri də oxuyub tanış olsunlar.Mənə elə gəlir ki , bu yazının davamı olaraq Ənvər, Nuru paşa qardaşlarının, həm də Tələt paşanın sonrakı faciəvi həyatları barədə də bilməyənlərə məlumat versəniz yaxşı olaradı.

turan 2023-09-15 11:34:05

Oxuduqca adam qürür hissi keçirir ,Türkiyə-Azərbaycan qardaşlığı əbədidir..rusbaşlar anlamazlar ..

t.ədalətə 2023-09-15 11:13:12

Azərbaycanda elə bu gün də de fakto yarım milyon onlardan qalıb, normal yaşamaqdadırlar. Bu ad da onların yaradıcılığıdır. Barışa məhəbbət deyiblər!

S.ƏHMƏDOV 2023-09-15 09:43:52

ALLAH NURU PAŞAYA ,MÜRSƏL PAŞAYA RƏHMƏT ELƏSİN,YERLƏRİ CƏNNƏT OLSUN.XALQIMIZ BU QƏHRƏMANLARI DAİM MİNNƏTDARLIQLA XATIRLAYIR.ARZU EDƏRDİM Kİ,BAKIDA NURU PAŞAYA ,MURSƏL PAŞAYA HEYKƏL QOYULARDI.

Türk Turan 2023-09-14 20:10:58

Ramazan Siracoğluna təşəkkür edirik, minnətdarıq. Allah Azzə və Cəllə qələminizə qüvvət, bərəkət versin.

t.ədalət 2023-09-14 18:29:01

Belə yazıları Flora Kərimova oxumalıdır.Bəlkə,rus dilinə olan sevgisi azala.Rusun dili ilə danışmaq elə.... kimi bir şeydir.

Son yazılar


Новости

Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024

Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!

Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024

Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.

Тренды крипторынка 2024 - Crypto Market Trends

Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.