Menu

Xaçmazda körpünün uçması nəticəsində yaralananların adları açıqlandı - (YENİLƏNDİ + FOTO/VİDEO)

15.09.2023, 11:10
Xaçmazda körpünün uçması nəticəsində yaralananların adları açıqlandı - (YENİLƏNDİ + FOTO/VİDEO)

Gəndob-Yalama yolunun 27-ci km-də, Xaçmaz-Xudat yolunun Qudyalçay üzərində yerləşən körpünün uçması nəticəsində 3 nəfər xəsarət alıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, onlar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Yaralıların Heybetov Elisafa Abas oğlu (1966-cı il), Qarayev Efsun Esger oğlu (1984-cü il) və Səfərəliyev Elvin Tofiq oğlu (1999-cu il) olduğu bildirilir.

Rayon Fövqəladə Hallar Komissiyasının sədri, Xaçmaz rayon icra hakimiyyətinin birinci müavini Anar Oruclu APA-ya bildirib ki, bir neçə istiqamətdə alternativ yollar istifadəyə verilib.

Komissiya sədrinin sözlərinə görə, körpünün uçmasına səbəb kimi aramsız yağan yağışlar nəticəsində çayda suyun artması və bu səbəbdən körpünün dayaqlarından birinin aşınması olduğunu bildirib.

***

Xaçmaz-Xudat yolunun üzərində yerləşən avtomobil körpüsü uçub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qudyalçayın üzərində yerləşən körpünün uçması nəticəsində bir minik maşını çaya düşüb, xəsarət alanlar var.

Xudat istiqamətində avtomobillərin hərəkəti məhdudlaşıb.

Şərhlər

Geyret 2023-09-15 10:01:31

Korpu niye 10 Ile uchub? Kim yeyib armaturu sementi? Niye arashdiran yoxdu?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol