Menu

Ukraynanın bu əməliyyatı dünya donanmalarına “qorxu anı” yaşadıb – Britaniyalı admiral açıqladı

15.09.2023, 16:36
Ukraynanın bu əməliyyatı dünya donanmalarına “qorxu anı” yaşadıb – Britaniyalı admiral açıqladı

Ukraynanın Rusiya gəmilərini və sualtı qayığını məhv etməsilə, dəniz müharibəsi tarixində yeni era başlayıb.

“AzPolitika.info” “Defence One” nəşrinə istinadla xəbər verir ki, bu fikirlə Böyük Britaniya Hərbi Donanmasının admiralı Benjamin Keyin çıxış edib.

Londonda DSEI silah sərgisində çıxış edən Key, "Biz yenidən tamamilə yeni bir şeylə, paradiqma dəyişikliyi ilə qarşılaşırıq" deyib.

Key Ukraynanın Rusiyanın Qara dəniz donanmasına raketlər və partlayıcı yüklü pilotsuz gəmilərlə zərbələr endirməsini Britaniya donanması üçün xüsusilə vacib nümunə adlandırıb.

Onun sözlərinə görə, Ukraynanın sözügedən əməliyyatı dünya donanmaları üçün “qorxu anı” yaşadıb və bundan sonra bir çox ölkələr öz donanmalarının müdafiə strategiyasını yenidən nəzərdən keçirməli olacaqlar.

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol