Menu

“KADIROVU HƏKİMİ ZƏHƏRLƏYİB” – “Komaya düşməzdən əvvəl həkimi diri-diri basdırıb” + VİDEO (Yenilənib)

16.09.2023, 12:40
“KADIROVU HƏKİMİ ZƏHƏRLƏYİB” – “Komaya düşməzdən əvvəl həkimi diri-diri basdırıb” +  VİDEO (Yenilənib)

Məlum olduğu kimi, bu gün Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhəti ilə bağlı bir sıra iddialar yayılıb. Ukrayna Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov Kadırovun koma vəziyyətinə düşdüyünü, vəziyyətinin isə ağır olduğunu bildirib.

Çeçenistan diasporunun məlumatına görə, Kadırov bir neçə gündür komadadır. Onun Moskvadakı xəstəxanalardan birinə yerləşdirildiyi iddia olunur.

“AzPolitika.info” xəbər verir ki, bütün bu deyilənlərin fonunda, Çeçenistan rəhbəri ilə bağlı daha bir iddia ortaya atılıb.

Belə ki, sosial şəbəkələrin Rusiya seqmentində Kadırovun həkimi tərəfindən zəhərləndiyinə dair məlumatlar yayılıb. Qeyd olunub ki, Kadırov onu müalicə edən şəxsi həkimi tərəfindən zəhərlənib.

Həmçinin iddia edilir ki, Kadırov səhhətinin pisləşməsinə görə həmin həkimi diri-diri basdırıb. Çeçenistan liderinin bundan bir müddət sonra isə komaya düşdüyü və hələ də koma vəziyyətin də olduğu bildirilib.

Qeyd edək ki, Kadırovun vəziyyəti ilə bağlı Rusiyadan heç bir açıqlama gəlməyib.

“AzPolitika.info”

***

Ramzan Kadırov komaya düşüb. RTV xəbər verir ki, bu barədə Ukrayna kəşfiyyatı məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Kadırovun vəziyyəti hazırda kritikdir. 

Şərhlər

Vətəndaş 2023-09-16 10:32:56

onun kimilər komaya düşsə yaxşi olardi...

Senan 2023-09-16 10:29:50

Allah gec eliyir gūc eliyir...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol