“Qərb nə qədər güvənlidirsə, Rusiya da o qədər güvənlidir...”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ səfəri çərçivəsində məşhur PBS televiziya verilişinə müsahibə verib.
“AzPolitika.info” xəbər verir ki, Türkiyə başçısı aparıcının sərt suallarına verdiyi sərrast və məntqili cavablarla dünya gündəminə düşüb.
Gərgin keçən verilişin aparıcısının Türkiyə-Rusiya münasibətlərinə və Ərdoğanın Putinə etibar edib-etmədiyinə dair sualına dövlət başçısı bu cür cavab verib: “ABŞ ilə necə yaxşı münasibətlərə malikəmsə, Rusiya ilə də eynisinə malik olacağam. Qərb nə dərəcədə güvənlidirsə, Rusiya da o dərəcədə güvənlidir. Son 50 ili biz Avropa İttifaqının qapısında gözlədik. Və indi Qərbə nə qədər güvənilirsə, Rusiyaya da o qədər güvənmək olar...”
Ərdoğan əlavə edib ki, Türkiyə bundan sonbra da Rusiya ilə bir çox sahələrdə əməkdaşlığı davam etdirmək fikrindədir.
“AzPolitika.info”

Şərhlər
Erdogan demek isteyir ki, ciz nansi bezin qiragisinizsa eie rusiyada hemin sheydir! Itnen dost olanin comagi elinde olmalidir.
Türk düşməni rusa inananın ağlı yoxdur. Damarlarından Türk qanı axan heç bir kəs rusa inanmamalıdır.