Menu

“Prezident İlham Əliyevin tamamən doğru qərarlar verəcəyinə əminik” - REAL-dan anti-terror əməliyyatına dəstək

19.09.2023, 17:23
“Prezident İlham Əliyevin tamamən doğru qərarlar verəcəyinə əminik” - REAL-dan anti-terror əməliyyatına dəstək

“Bu gün Qarabağdakı kriminal rejimin davam edən cinayətləri nəticəsində yenə Azərbaycan vətəndaşları – mülki şəxslər və polis əməkdaşları həyatını itirdi. Davamlı cinayətlərə son qoymaqdan ötrü, bu gün Azərbaycan Ordusu tam hüquqi və mənəvi əsasla lokal anti-terror əməliyyatına başladığını elan etdi”.

“AzPolitika.info” xəbər verir ki, Respublikaçı Alternativ (REAL) Partiyası Müdafiə Nazirliyinin Qarabağda başladığı anti-terror əməliyyatı ilə bağlı yaydığı bəyanatda belə deyilir.

Partiya bəyan edir ki, bu əməliyyatın elan olunan məqsədlərini tamamən dəstəkləyir. “Xüsusilə də onun dinc əhaliyə qarşı deyil, qanunsuz hərbi birləşmələrə və onların infrastrukturuna qarşı aparıldığına beynəlxalq və yerli ictimaiyyətin diqqətini cəlb etmək üçün var gücü ilə çalışacaq. Bu baxımdan, mülki əhali üçün çıxış dəhlizlərinin yaradılması haqda Müdafiə Nazirliyimizin bəyanatını və bununla bağlı gördüyü işləri də zamanında atılmış doğru addım hesab edirik”, - REAL bildirir.

Bəyanatda qeyd olunur ki, Prezident İlham Əliyevin Ali Baş komandan olaraq, 2020-ci ilin 44 günlük müharibəsi zamanı olduğu kimi, bu əməliyyatın gedişində də tamamən doğru qərarlar verəcəyinə partiya olaraq əminliyimizi ifadə edirik.

REAL Müzəffər Ordumuza bu şərəfli, ədalətli və qanuni işində uğurlar arzulayır.

“AzPolitika.info”

Şərhlər

Elman 2023-09-19 18:04:50

İnanmaq olarmı?Vaxtında (2020-ci iıdə ) qəbul edilməli qərar idi.İndi gec deyil?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol