Xəbər verildiyi kimi, Azərbaycan tərəfi Qarabağ ermənilərinin nümayəndələrinə siyahı təqdim edib və orada adları qeyd olunan şəxslərin Bakıya təhvil verilməsini tələb edib. Bu barədə məlumatı ötən gün Ermənistanın “Hraparak” qəzeti yayıb.
Məlumata görə, sözügedən siyahıda Azərbaycana qarşı hərbi cinayətlər törətmiş separatçı rejimin keçmiş “rəhbər”lərinin, hərbçilərin və “məmurlar”ın adları var.
“AzPolitika.info” xəbər verir ki, bu gün Qarabağdakı qondarma separatçı qurumun sabiq “müdafiə naziri”, hərbi cani Seyran Ohanyan jurnalistlərin suallarını cavablandırarkən, onun da adının Azərbaycanın təqdim etdiyi siyahıda ola biləcəyini deyib: “Yəqin ki, mən də həmin siyahıda varam. Ancaq problem ondadır ki, bu gün “artsax hakimiyyəti” danışıqlar aparacaq və ən vacib olanı bizim əhalinin(?) təhlükəsizliyini təmin etməkdir. Onların danışıqlarda hansı nəticələrə gələcəklərini yalnız güman edə bilərik”.
Xatırladaq ki, Ohanyan Azərbaycanın dinc əhalisinə qarşı qətliamlarda şəxsən iştirak etmiş qatı hərbi cinayətkardır. İkinci Qarabağ müharibəsinin son günlərində Şuşadan qaçan bu cinayətkar hazırda Ermənistan parlamentinin deputatıdır. Onu da xatırladaq ki, ermənilərin öyündüyü məşhur “Ohanyan səddi” 44 günlük müharibədə Azərbaycan Ordusu tərəfindən qısa müddətdə darmadağın edilmişdi.
“AzPolitika.info”


Şərhlər