Menu

BMT TŞ-nın iclasında Mirzoyanın “buratino”luq həvəsi – ŞƏRH

22.09.2023, 18:48
BMT TŞ-nın iclasında Mirzoyanın “buratino”luq həvəsi – ŞƏRH

BMT Təhlükəsizlik Şurasında Qarabağlda bağlı xüsusi iclas keçirildi. İclasda müxtəlif dövlətlərin nümayəndləri, o cümlədən Azərbaycan XİN başçısı Ceyhun Bayramov və Ermənistan XİN başçısı Ararat Mirzoyan çıxış etdilər.

Ən çox diqqət çəkən çıxış Ararat Mirzoyanın çıxışı idi. Ona görə yox ki, çox peşəkar, diplomata yaraşan və faktlara söykənən çıxış idi. Məhz ona görə ki, Azərbaycanda yolkənarı çayxanalarda belə bu cür danışan adamlara qeyri-ciddi yanaşır, “sən canın, az danış” deyib səsini kəsirlər.

Mirzoyan heç də diplomata uyğun gəlməyən şəkildə, yalanlara və feyklərə söykənərək, “Azərbaycan cəmiyyətində ermənilərə və birbaşa olaraq erməni qadınlara qarşı zorakılıq həvəsindən” danışdı.

Guya, Azərbaycan gəncləri erməni qızlarına təcavüz etmək üçün məqam gözləyirlər. Belə yerdə adamın ağlına ilk bu sözlər gəlir: “Sənə diplom verənin...”

Əvvəla, Azərbaycan cəmiyyətində belə əhval ruhiyyə yoxdur. Olsaydı, erməni qadınları və uşaqları istər 2020, istərsə də 2023-cü ildə sağ-salamat, geyimli-keçimli şəkildə Azərbaycan ərazisindən Ermənistana gedib-gələ bilməzdilər. Ermənistan hakimiyyəti Azərbaycan ordusu və sərhədçiləri tərəfindən ermənilərə qarşı hər hansı zorakılıq faktı göstərə bilmir. Yüzlərlə erməni ailəsi vaxtaşırı olaraq Laçın postundan sərhədçilərimizin nəzarəti altında Ermənistana gedib-gəlir.

Azərbaycan heç bir humanitar yardımın qarşısını almırsa və Prezident başda olmaqla bütün rəsmilər Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasından danışırsa, daha nağıllar uydurmağa ehtiyac yoxdur.

1992-94-cü illərdə ermənilərin azərbaycanlılara qarşıt törətdiyi vəhşiliklərə aid minlərlə fakt var. Zorakılığın da, vəhşiliyin də, qətliamın da nə olduğunu təkcə Xocalı faciəsini araşdırmaqla öyrənmək olar. Amma Ermənistan Azərbaycana qarşı bircə belə fakt təqdim edə bilmir. Ancaq sosial şəbəkələrə aid fərziyələr...

Bütün cəmiyyətlərdə yaramazlar var. Ermənistanda bu yaramazlar və yarıtmazlar daha çoxdur – diplomatiyadan uzaq olan “diplomat” Mirzoyan başda olmaqla.

Bizim cəmiyyətdə olan hansısa iki-üç düşüncə qabiliyyətindən məhrum şəxslər isə xalqın iradəsini əks etdirmir. Xalqın iradəsini ölkə rəhbərliyi əks etdirir.

Və bu ölkənin rəhbərliyi deyir ki, bizə qarşı təxribatlar etməyə, minalar düzməyə son verin! Ondan sonra, gəlin, sizin və bizim hüquqlarımızdan danışaq.

Vəssəlam! Mirzoyanın “buratino”luq həvəsi isə qursağında qalacaq... Çünki yalan ayaq tutur, amma yerimir.

Rüfət Əhmədzadə

AzPolitika.info

Şərhlər

Vüsal 2023-09-22 20:58:39

Tula itdən də murdardır.Bəs ona hədyanlıq edənlər?Onun yanında əyləşən nümayəndələrə nə olmuşdu?

Ramiz 2023-09-22 20:30:39

MirzoyanınTŞ-da çıxışı yalan üzəeində qurulmuş komediya idi.

Yetmalı 2023-09-22 20:18:43

Onun çıxışı yalnız bundan ibarət olub?Şərh edəndə tam yazın

Camal 2023-09-22 20:06:31

fransa BMT-ni köhnə avtovağzalın tualetinə döndərib - sancılanan kimi başının dəstəsi ilə qaçır ora-sonra düşür kanalizasiyaya...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol