Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətinin Verbovoye kəndi istiqamətində cəbhəni yarıblar.
“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayan ordusunun cənub istiqamətindəki əks-hücum əməliyyatına rəhbərlik edən general Aleksandr Tarnavski CNN-ə açıqlamasında deyib.
General bildirib ki, gələcəkdə ordu daha dərinə doğru irəliləyəcək: “Sol cinahda, Verbovoye istiqamətində cəbhə yarılıb. Biz irəliləməkdə davam edirik. Bu, İkinci Dünya müharibəsinə aid filmlərdəki kimi sürətlə baş vermir. Əsas olan təşəbbüsü itirməməkdir”.
Qeyd edək ki, sözügedən yaşayış məntəqəsi ötən ilin fevralında işğal olunmuşdu.
“AzPolitika.info”

Şərhlər