Menu

Ticarət qanunu hazırlanır

26.09.2023, 13:10
Ticarət qanunu hazırlanır

Azərbaycanda “Ticarət haqqında” qanunun üzərində iş gedir.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Milli Məclisdə Rəqabət Məcəlləsinin layihəsi ilə bağlı ictimai dinləmələr zamanı deyib.

O qeyd edib ki, bu qanun Rəqabət Məcəlləsi ilə birgə kompleks hal daşıyacaq.

“Məhz daxili ticarətin tənzimlənməsi və bu sahədə rəqabətin tam təmin olunmasına kömək edən qanunlardan biridir. Bu qanunlar bütövlükdə həm də Rəqabət Məcəlləsi ilə bir yerdə kompleks halında işləməsi baxımından önəmlidir”, - deyə komitə sədri əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol