Menu

“Torpaqlarımızı xilas etmək bizim əsas problemimizdir” – Qaribaşvili

27.09.2023, 17:51
“Torpaqlarımızı xilas etmək bizim əsas problemimizdir” – Qaribaşvili

“Rusiya tərəfindən işğal olunmuş rayonların azad edilməsi və ölkəmizin birləşməsi dövlətimizin və cəmiyyətimizin əsas problemi olaraq qalır”.

“AzPolitika.info” xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili birtərəfli qaydada Gürcüstandan ayrılan Abxaziya və Cənubi Osetiya bölgələri ilə bağlı danışarkən deyib.

Qaribaşvili Abxaziya müharibəsinin bitməsinin 30-cu ildönümü ilə bağlı verdiyi yazılı açıqlamada Gürcüstanın ərazi bütövlüyü problemlərinin davam etdiyini xatırladıb.

Abxaziya müharibəsinin 30 il əvvəl, 1993-cü il sentyabrın 27-də başa çatdığını xatırladan Qaribaşvili qeyd edib ki, sözügedən müharibə ölkənin yeni tarixində dramatik hadisə kimi qeydə alınıb.

Qaribaşvili həmçinin Gürcüstanın ərazi bütövlüyü məsələsinin sülh yolu ilə həllinə sadiq olduğunu qeyd edib: “Hökumətimiz bu yolda qətiyyətlə irəliləyir. Biz inanırıq ki, abxaz və osetin qardaşlarımızla vahid, güclü və inkişaf etmiş ölkə qurmaq üçün sülh əsasdır”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol