Məlum olduğu kimi, Türkiyə ötən gün “Fərat qalxanı” bölgəsində, Suriyanın şimalında yerləşən Dabık rayonunda PKK terrorçularına qarşı antiterror əməliyyatı başladıb.
"AzPolitika.info" xəbər verir ki, Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, PKK/YPG-nin Daxili İşlər Nazirliyinə hücumunun bu ölkədə planlaşdırıldığı və bu əməliyyatda iştirak edən terrorçuların Suriyadan Türkiyəyə gətirildiyi məlum olduqdan sonra terror təşkilatının Suriyadakı obyektlərinə və idarə heyətinə qarşı MİT tərəfindən əməliyyat həyata keçirilib.
Bölgədə aparılan kəşfiyyat araşdırmaları nəticəsində terror təşkilatına aid silah və sursat anbarları, hücum və təxribat bölmələrinin olduğu binalar PUA-lar vasitəsilə vurulub. Əməliyyat zamanı bir çox hədəf məhv edilib.
Bu barədə sosial şəbəkələrdə müvafiq görüntülər paylaşılıb.
Sözügedən görüntüləri təqdim edirik:

Şərhlər