Son bir ildə Ukraynada dron istehsalı yüz dəfə artıb, 200-dən çox şirkət pilotsuz təyyarələr hazırlamağa başlayıb.
"AzPolitika.info" ukrayna mətbuatına istinadla xəbər verir ki, Baş nazir Denis Şmıqal bu barədə Ali Radada “Hökumət üçün suallar saatı”nda danışıb.
Baş nazir qeyd edib ki, Ukrayna hərbi-sənaye kompleksinin inkişafına yanaşmalar kökündən dəyişdirilib, «Ukroboronprom»un bazasında yeni şirkət yaradılıb.
"İndi pilotsuz uçan aparatın inkişafdan onun alınmasına qədər olan yolu mümkün qədər qısadır. İl ərzində dron istehsalı yüz dəfə artıb. 200-dən çox Ukrayna şirkəti dronların hazırlanmasına başlayıb", - Şmıqal bildirib.
Qeyd edək ki, bundan əvvəl «Antonov» zavodunun da PUA istehsalına başlayacağı barədə məlumat yayılmışdı
Rüfət
AzPolitika.info


Şərhlər