Menu

HƏMAS Qərb silahlarını necə əldə edib? – Peskov Ukrayna variantını istisna etmir

09.10.2023, 17:48
HƏMAS Qərb silahlarını necə əldə edib? – Peskov Ukrayna variantını istisna etmir

HƏMAS-a Qərb silahlarının haradan və necə gəldiyini öyrənmək üçün İsrailin kəşfiyyatının hər cür imkanları var.

“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov amerikalı konqresmen Marjori Teylor Qrinin HƏMAS-ın Amerika silahlarını əldə etməsi ilə bağlı açıqlamasını şərh edərkən deyib.

Peskov deyib ki, Qərb ölkələrinin Kiyevə tədarük etdiyi bəzi silahlar heç də orada qalmır və silah baronları tərəfindən bütün dünyaya yayıla bilər.

"Bu halda, yalnız ixtisaslı, dəqiq məlumat olana qədər gözləmək lazımdır" – deyə Peskov əlavə edib.

Xatırladaq ki, respublikaçı konqresmen Qrin “X” sosial media saytında (keçmiş Twitter) bildirib ki, Vaşinqton “HƏMAS-ın istifadə edə biləcəyi hər hansı Amerika silahının” seriya nömrələrini izləmək üçün İsraillə əməkdaşlıq etməlidir. “Bu [silah] Əfqanıstandan gəlib? Ukraynadan gəlib? Çox güman ki, cavab hər ikisi olacaq”, – Qrin yazıb.

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol