İngilis müstəmləkəçiliyinə qarşı döyüşərkən həyatını itirən Şeyx İzzəddin Əl-Qəssamın adını daşıyan Fələstin silahlı qruplaşması son İsrail-HƏMAS gərginliyi ilə dünya gündəminin əsas müzakirə mövzularından birinə çevrilib.

Bəs Əl-Qəssam Briqadaları kimlərdir? Kimə bağlıdır və necə ortaya çıxıb?

“AzPolitika.info” internet resurları üzərindən kiçik bir araşdırma apararaq bu suallara cavab tapmağa çalışıb.

                     Əl-Qəssam Briqadaları nə vaxt yaradılıb?

“Harakat Al-Muqawama Al-Islamia” - İslami Müqavimət Hərəkatının (HƏMAS) silahlı qanadı olan İzzəddin əl-Qəssam Briqadaları (və ya sadəcə Qəssam-red.) 1992-ci ildə İsrailin Fələstini işğalına qarşı yaradılıb. Əvəllər sadəcə kiçik kalibrli tüfənglərlə silahlanan Əl-Qəssam Briqdalarının hazırda nizami bir ordusu var. Təşkilat adını 1935-ci ildə Fələstində ingilis müstəmləkəçiliyinə qarşı döyüşərkən həlak olan Suriya əsilli Fələstin lideri Şeyx İzzəddin əl-Qəssamdan götürüb. HƏMAS-ın hərbi qüdrətinin artmasından sonra 1992-ci ildə təşkilat İzzəddin əl-Qəssam Briqadaları adlı silahlı müqavimət qanadı yaratmaq qərarına gəlib. Qəssamın təməli HƏMAS-dan əvvəl “Məcd” və “Fələstin mücahidləri” kimi müxtəlif adlar altında Qəzzada Müsəlman Qardaşlar Təşkilatının (İxvan) fəaliyyəti ilə atılıb. 1 yanvar 1992-ci ildə onlara bağlı bir hüceyrə tərəfindən dərc edilən ilk bəyanatda briqadalar HƏMAS-ın silahlı qanadı olduqlarını elan ediblər. Fələstinli marksist qruplardan fərqli olaraq, briqadalar yalnız Fələstin ərazisində əməliyyat keçirmək strategiyasını qəbul ediblər.

                             Əl-Qəssam Briqadalarının strukturu

Qəssam Briqadaları təxminən 30 min silahlı üzvü olan 6 briqadadan ibarətdir. Onlardan 4-nün adı mətbuata məlumdur - “Şimal Zolağının Briqadası”, “Qəzza Briqadası”, “Mərkəzi Briqada” və “Cənub Briqadası”. Təşkilat Fələstin xaricindən heç bir milis dəstəyini qəbul etmir. Onlar təşkilata üzv olanları sıx dini, mədəni və əxlaqi təlim prosesindən keçirdirlər. Təşkilatın daxilində ixtisaslaşmış bölmələr var. Məsələn, mühəndislik bölməsi, hava hücumundan müdafiə bölməsi, artilleriya bölməsi, fədailər bölməsi, logistika bölməsi və s. Hazırda Yəhya Ayyaş, Nizar Reyyan, Salah Şehade və Əhməd Caberi kimi bir çox komandirini itirən silahlı qruplaşmaya Məhəmməd Deyf və onun müavini Mervan İsa rəhbərlik edir. Təşkilat İsrail tərəfindən aşkarlanmağı çətinləşdirmək üçün dağınıq və hüceyrə quruluşu əsasında çalışır, “heç kim, heç kimi tanımır” prinsipi ilə fəaliyyət göstərir. Bu prinsipə yuxarı rəhbərlikdə təmsil olunan şəxslər də əməl edir. Briqadanın tərkibindəki döyüşçülər Livanın cənubunda Hizbullah tərəfindən keçirilən təlimlərdə iştirak edirlər.

                    Əl-Qəssam Briqadaları PUA istehsal edən bir quruluşdur

14 iyul 2014-cü ildə Qəssam Briqadaları “Əbabil” adlı pilotsuz uçuş aparatı (PUA) istehsal ediblər. Bundan başqa, Qəssam əsgərləri əsir götürmək kimi bir çox əməliyyatlar həyata keçiribləe. Bunlardan ən önəmlisi 2005-ci ildə İsrail əsgəri Gilad Şalitinin ələ keçirilməsi və sraillə müqavilə bağlayaraq 1027 fələstinlini azad edilməsi idi. Qəssam 2008 və 2012-ci illərdə Qəzzaya qarşı müharibədə İsrailə qarşı çıxaraq, İsrail Ordusuna böyük ziyan vurub.

E. Bəyməmmədli

“AzPolitika.info”