Menu

“Brüssel hazırda "vasitəçilik xidmətləri"ni Azərbaycanla Ermənistana sırıyır” - LAVROV

10.10.2023, 17:00
“Brüssel hazırda "vasitəçilik xidmətləri"ni Azərbaycanla Ermənistana sırıyır” - LAVROV

“Qarabağdakı Rusiya sülhməramlı kontingenti Cənubi Qafqazda dinc həyatın bərqərar olmasına töhfə verə bilər”.

“AzPolitika.info” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov məqaləsinndə yazır. Rusiya XİN başçısı qeyd edib ki, ABŞ və Avropa İttifaqının Azərbaycan və Ermənistanın münasibətlərinə müdaxiləsi sabitsizlik yaradır.

"Özünün geosiyasi ambisiyalarının qayğısına qalan Brüssel hazırda "vasitəçilik xidmətləri"ni Azərbaycanla Ermənistana sırıyır, Vaşinqtonla birlikdə Cənubi Qafqaza sabitsizlik gətirir. Artıq İrəvanla Bakı öz aralarında iki ölkənin suverenliyinin qarşılıqlı tanınması məsələsini həll ediblər, dinc həyatın qurulmasının, etimadın möhkəmlənməsinin vaxtı çatıb. Rusiya sülhməramlı kontingenti buna hər vasitə ilə töhfə verməyə hazırdır", – Lavrov yazıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol